Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Neftin qiyməti cüzi artıb

Neftin qiyməti cüzi artıb

20.02.2023 [10:34]

Ötən həftə ərzində 4 %-dək ucuzlaşan neft yeni həftəyə cüzi bahalaşma ilə başlayıb.

“Brent” markalı neftin aprel fyuçersləri 0,47 % bahalaşaraq 83,39 ABŞ dollarına satılıb. "WTI" markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0,42 % artaraq 1 bareli 76,87 ABŞ dolları təşkil edib.

ABŞ hakimiyyətinin strateji ehtiyatdan daha çox neft satmaq niyyəti, eləcə də ABŞ-da “qara qızıl”ın kommersiya ehtiyatlarının 16,3 milyon barel artması ilə bağlı məlumatlar ötən həftə ərzində neft qiymətlərinin 4 %-dək düşməsinə səbəb olub.

Hazırda əsas diqqətlər ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) yürüdəcəyi siyasətə yönəlib. FED mart ayında uçot dərəcəsini yenidən qaldıra bilər.

Xatırladaq ki, ötən il yüksək inflyasiya fonunda tənzimləyici uçot dərəcəsini 7 dəfə artırıb ki, bu da həm resessiya risklərini artırıb, həm də neft tələbi ilə bağlı gözləntilərə də təsir edir.

Paylaş:
Baxılıb: 522 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31