Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 20 yaşlı Mətbuat Şurası

20 yaşlı Mətbuat Şurası

15.03.2023 [12:00]

Yeganə BAYRAMOVA

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) 20 yaşı tamam olur. Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Demokratik dövlətlərin təcrübəsinə əsaslanan belə bir qurumun yaradılması günün tələbi idi. Azərbaycan müstəqillik qazandıqdan sonra başqa sahələrdə olduğu kimi, KİV sahəsində də bir canlanma yarandı. Azərbaycanda azad və müstəqil mətbuatla yanaşı, jurnalist təşkilatlarının sayı artdı. Mətbuat Şurası yeni yaradılan təşkilatlardan məqsədyönlü fəaliyyəti ilə seçildi.

Qeyd edək ki, Şuranın ali orqanı qurultaydır. Qurultaylar MŞ Nizamnaməsinin müvafiq bəndinin tələbinə uyğun olaraq keçirilir. Şuraya rəhbərlik sədr tərəfindən aparılır. Şura sədrinin 2 müavini var. Onlardan biri jurnalistləri, digəri ictimaiyyət nümayəndələrini təmsil edir. Sədr müavinləri növbəlilik əsasında Şikayətlər üzrə Komissiyaya rəhbərlik edirlər. Şuranın qərarları İdarə Heyətinin iclaslarında kollegial şəkildə qəbul olunur.

MŞ İdarə Heyəti 2022-ci ilin sentyabr ayının 24-də keçirilən qurultayadək 23 əsas və 6 ehtiyat üzvdən ibarət idi. Əsas üzvlərdən 11-i jurnalistləri, 7-si ictimaiyyəti, 5-i internet resursları təmsil edir. 6 ehtiyat üzvdən 2-si ictimaiyyətdən, 2-si jurnalistlərdən, 2-si isə internet resurslardan idi. 24 sentyabr 2022-ci il tarixində keçirilən Azərbaycan jurnalistlərinin VIII qurultayında Azərbaycan Mətbuat Şurası Nizamnaməsinə edilən dəyişikliyə əsasən, İdarə Heyətinin ehtiyat üzvü anlayışı artıq aradan qaldırılıb. Həmçinin İdarə Heyətinin tərkibinin əvvəlki qaydada 23 nəfərdən ibarət olması qərarlaşdırılsa da, daxili bölgü qaydası ləğv olunub. Beləliklə, 23 üzvdən 9-nun ictimaiyyət üzvləri, 14-nün isə jurnalistlərdən olması qərarlaşdırılıb.

Mətbuat Şurasının işlərinin icrası Katiblik tərəfindən həyata keçirilir. Katiblik Şuraya daxil olan şikayətlərin araşdırılması prosesində Nizamnamədən irəli gələn prosedur qaydaları həyata keçirir. Həmçinin MŞ-nin monitorinq qrupunun fəaliyyətinə nəzarət edir.

Monitorinq qrupu ayda bir dəfə KİV-lərdə apardığı araşdırmalara əsasən nəzərə çarpan tendensiyaları, peşə prinsiplərinin pozulmasındakı bariz təzahür formalarını müəyyənləşdirir, bununla bağlı yekun hesabat hazırlayaraq icraçı katibə təqdim edir.

Mətbuat Şurası yarandığı gündən mətbu məkanın saflaşdırılması olduğunu rəhbər tutaraq, ölkəmizdə söz azadlığının qoruyucusu kimi çıxış edir. Bu gün ardıcıl və məqsədyönlü fəaliyyəti ilə seçilən Şura Azərbaycanın aparıcı ictimai təşkilatları sırasında özünə layiqli yer tutub və cəmiyyətdə böyük nüfuz qazanıb.

“Yeni Azərbaycan” kollekivi olaraq Mətbuat Şurasının 20 yaşını təbrik edir, gələcək fəaliyyətində uğurlar diləyirik!

Paylaş:
Baxılıb: 430 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31