“Demokratiya sammiti” geopolitik proyekt kimi… - TƏHLİL
31.03.2023 [17:55]
Son günlər dünya mediasında müzakirə edilən məsələlərdən biri ABŞ-ın növbəti dəfə “demokratiya sammiti” keçirməsidir. Təbii ki, bu, birmənalı qarşılanmır, müstəqil ekspertlər - siyasi analitiklər okeanın o tayındakı “demokratiya oyunu”nu ciddi tənqid obyektinə çevirirlər. Xüsusilə də, sammitə dəvət edilənlərin siyahısı mübahisə doğurur.
Bu də təsadüfi deyil. Çünki sammitə bu dəfə də demokratiyadan uzaq, fundamental insan hüquqlarının pozulduğu ölkələrin dəvət alması heç bir məntiqə sığmır, Birləşmiş Ştatların “demokratiya” anlayışının ikili standartlara əsaslandığını göstərir. Bu reallığı nəzərə alan ekspertlər qeyd edirlər ki, sammit Amerikanın qlobal səviyyədə rəqiblərinə qarşı yönəlib. Yəni seçim prosesində əsas meyar həmin dövlətin demokratik olub-olmaması deyil, Ağ Ev administrasiyasının maraqlarına xidmət edib-etməməsidir. İnsan haqlarının kütləvi surətdə pozulduğu Fransa, Hindistan, Ermənistan kimi dövlətlərin sammitdə iştirakı bunun bariz sübutudur.
Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan, kənd və şəhərlərimizi dağıdıb viran qoymaqla kifayətlənməyərək ekoloji, mədəni terror törədən, milli-mənəvi sərvətlərimizi dağıdan Ermənistanın sivil dövlət kimi sammitə çağırılması Amerikanın “demokratiya” anlayışının əsl mahiyyətini göstərir. Digər tərəfdən, Ermənistan o ölkələrdəndir ki, demokratiya sahəsində ciddi böhran yaşanır, insan hüquqları hakimiyyət tərəfindən kobud şəkildə pozulur. Çox uzağa getməyək: elə Ermənistanın antidemokratik simasında zorla “demokrat” imici yaratmağa cəhd edən ABŞ-ın Dövlət Departamentinin 2022-сi ildə dərc etdiyi hesabatda da bu ölkədə insan hüquqlarının pozulması halları geniş əks olunub. Departament hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılıqları, əsassız həbsləri və söz azadlığının məhdudlaşdırılması hallarını təqdim edib. Sual olunur: ABŞ özü-özünümü inkar edir? Sual ritorik, cavab isə aydındır.
Bu kontektdə hazırda istədiyi dövləti insan haqlarının pozulmasında ittiham edən ABŞ həm özünün, həm də demokratiya aşiqi və carçısı hesab etdiyi dövlətlərin “humanist” davranışlarının yaxın tarixinə ekskurs etsə, məqsədəuyğun olar.
Maraqlıdır, demokratik mühitin mövcud olduğu, sivil dəyərlərə əsaslanan sağlam siyasi münasibətlərin hökm sürdüyü Azərbaycan, Türkiyə, Macarıstan kimi ölkələr “demokratiya” zirvəsinə dəvət olunmayıblar. Görünür, bu gün bir sıra ölkələrin, o cümlədən Azərbaycanın müstəqil xarici siyasət yürütməsini həzm edə bilməyən dairələr selektiv yanaşma sərgiləyərək, müxtəlif vasitələrlə təzyiq göstərməyə çalışırlar. Lakin reallıqlar “demokratiya”dan təsir aləti kimi istifadə edən həmin qüvvələri ifşa edir.
Bütövlükdə, sadalananlar ABŞ-ın “demokratiya sammiti”nin geopolitik proyekt olduğunu, insan hüquqları və azadlıqları, demokratik dəyərlər və ənənələrlə heç bir əlaqəsinin olmadığını göstərir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03

