/ / Rəhim Ağalarov: "İsraildə Azərbaycanın Səfirliyinin açılması hər iki ölkənin və xalqın tarixində əlamətdar hadisədir"
Rəhim Ağalarov: "İsraildə Azərbaycanın Səfirliyinin açılması hər iki ölkənin və xalqın tarixində əlamətdar hadisədir"
03.04.2023 [18:55]
İsraildə Azərbaycanın Səfirliyinin açılması hər iki ölkə tarixində çox uğurlu hadisədir. Bu uğurlu addım hər iki ölkənin və hər iki xalqın tarixində yeni bir strateji mərhələnin başlanğıcı deməkdir və dostluqda‚ əməkdaşlıqda və müttəfiqliyin möhkəmlənməsində yeni bir səhifə açacaqdır.
Bu fikirləri yeniazerbaycan.com-a açıqlamasında Rusiya Yəhudi Konqresinin üzvü Rəhim Ağalarov deyib. Konqres Nümayəndəsi bildirib ki‚ Səfirliyin açılması Azərbaycan xalqı ilə yəhudi xalqı arasındakı tarixi dostluğu və qardaşlıq bağlarını daha da möhkəmləndirəcək.
“İsrail və Azərbaycan dünya səviyyəsində müttəfiq və dost ölkədir. Hər iki ölkə hər zaman bir-birinə dəstək olmağa çalışıb. Birinci və ikinci Qarabağ müharibələrində İsrail var qüvvəsi ilə Azərbaycan xalqının və dövlətinin yanında oldu. Bütün dünya yəhudiləri Azərbaycana öz dəstəyini ifadə edərək Qarabağın azad edilməsi istiqamətində dünya birliyinə çağırışlar etdilər. Yəhudi xalqı tarix boyu Azərbaycan xalqı ilə birlikdə olub və bu gün də yəhudi xalqı Azərbaycan xalqının və dövlətinin yanındadır. İsrail və Azərbaycan enerji‚ iqtisadi‚ hərbi və təhlükəsizlik sahələrində etibarlı müttəfiqdirlər. Hər iki ölkə arasında strateji əməkdaşlıq daha da genişlənir. İsrail və Azərbaycanın dostluğu‚ strateji və hərbi əməkdaşlığı bölgədə sülh və sabitliyin qorunmasına öz töhvəsini verir. İsrail və Azərbaycanın müttəfiqliyi ilk öncə sülh və sabitliyə xidmət edir. Bu‚ ən çox bölgədəki xalqların rahat və firəvan yaşamasına mühüm töhvədir. İsrail dövləti bütün türk dünyasına və türk xalqlarına dost və qardaş ölkədir. Yəhudilərlə Türk xalqları arasında qədim tarixdən dostluq münasibətləri mövcuddur. Azərbaycanın İsraildə Səfirliyinin açılması eyni zamanda bu dostluqları daha da inkişaf etdirəcək və möhkəmləndirəcəkdir. Bu səbəbdən İsrialdə Azərbaycanın Səfirliyinin açılması çox vacib məsələ idi və son dərəcə stateji və əlamətdar hadisədir. Hər iki ölkə və xalq üçün xeyirli və uğurlu olsun”,- deyə Rəhim Ağalarov qeyd edib.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

