Türk dünyasında yeni dövr
13.04.2023 [11:04]
Şuşa türk dövlətləri arasında əlaqələrin inkişafında mühüm yer tutur
Günel ABBAS
2023-cü ilin əvvəllərindən başlayaraq Şuşa şəhərinin Türk dünyasının Mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar bir çox mütərəqqi tədbirlər baş tutur. Ötən gün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi əsasında Özbəkistanda “Şuşa günləri”nin rəsmi açılış mərasimi baş tutub.
Özbəkistanda keçirilən tədbirdə iştirak edən deputat Vüqar İskəndərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, “Şuşa günləri” tədbirləri çərçivəsində Şuşanın mədəniyyəti, ədəbiyyatı, incəsənəti və tarixi ilə bağlı qardaş ölkədə beynəlxalq konfranslar, kitab təqdimatı, foto və nəşrlərdən ibarət sərgi, Qarabağa aid milli geyimlərin moda nümayişi, bədii şeir kompozisiyaları və konsertlərin təşkili nəzərdə tutulub: “Özbəkistanda ilk dəfə olaraq keçirilən “Şuşa Günləri” silsilə tədbirlərinin yalnız Azərbaycan mədəniyyəti üçün deyil, Özbəkistan mədəni-ictimai həyatı üçün də mühüm hadisədir. Şuşanın Azərbaycan mədəniyyəti, musiqisi, poeziyasında müstəsna rolu var. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan mədəniyyətinin paytaxtının azad edildikdən sonra Prezident İlham Əliyev tərəfindən şəhər Azərbaycan mədəniyyətinin paytaxtı elan edildi və TURKSOY təşkilatı tərəfindən 2023-cü il üçün Türk mədəniyyətinin paytaxtı elan olunması haqqında qərar verildi. Bununla da Şuşa yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtına çevrildi”.
Onun sözlərinə görə, bu il yüzilliyi qeyd olunan Türk dünyasının böyük oğlu Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzində “Şuşa Günləri”nin açılış mərasiminin keçirilməsi böyük hadisədir: “Şuşa Günləri”nin keçirilməsi ortaq soykök, dəyərlərə, ənənələrə malik xalqlarımızın mədəniyyətinin qovuşması və Şuşanın onlar arasında bir əməkdaşlıq məkanına çevrilməsinə və Türk dünyasında yeni bir dövrün başlanması kimi dəyərləndirilməlidir. Qeyd edim ki, Özbəkistan və Azərbaycan arasında son illərdə daha da inkişaf edən siyasi əlaqələr iki ölkə arasında yüksək səviyyəli mədəni əlaqələri daha da gücləndirib.
“Şuşa Günləri” tədbirləri təkcə Azərbaycan mədəniyyəti üçün deyil, Özbəkistan mədəniyyəti üçün də vacib və əhəmiyyətli hadisədir. Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunması bütün qardaş Türk dövlətləri üçün fəxr mənbəyi və qürurlu hadisədir”.
Deputat qeyd edib ki, bu layihə Türk dünyası ölkələri arasında həmrəyliyin və əməkdaşlığın inkişafına xidmət edəcək: “Yüksək memarlıq və şəhərsalma sənətinə malik, tarixi Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi onu bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevirdi. Tədbirdə də özbəkistanlı dostlarımız, qardaşlarımız bizdən bu barədə çox məqamları soruşdular. Bununla yanaşı, Şuşanın Özbəkistanın Xivə şəhəri ilə qardaşlaşmasının da mühüm tarixi və mədəni hadisə olduğunu vurğulamaq istərdim”.
V. İskəndərov bildirib ki, tədbir iştirakçıları sonda Xurşidbanu Natəvan haqqında sənədli film də izləyiblər: “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihəsi ilə hazırlanmış sənədli filmdə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Qarabağlı şairə Xurşidbanu Natəvanın həyatı və yaradıcılğına dair, həm sənədli, həm də bədii səhnələr yer alırdı. Filmin ssenari müəllifi Ülviyyə Heydərova, rejissoru Zəhra Quliyevadır. Baş rolda Azərbaycanın xalq artisti Mehriban Zəkidir.
Tədbirin bədii hissəsində Özbəkistanın xalq artisti, “Yalla” Ansamblının bədii rəhbəri Fərrux Zakirov, azərbaycanlı musiqiçilər Nisbət Sərdayeva, Rüstəm Müslümov, Elnur Salahovdan ibarət muğam triosunun ifasında Azərbaycan və özbək mahnıları, muğamlar səsləndirildi, Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” Rəqs Ansamblı və dünyaca məşhur “Özbəgim yoshlari” musiqili rəqs qrupunun rəngarəng çıxışları baş tutdu”.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59

