Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / "Formula 1" günlərində Bakı metrosunun iş qrafiki uzadılacaq

"Formula 1" günlərində Bakı metrosunun iş qrafiki uzadılacaq

26.04.2023 [12:21]

"Formula 1" üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar Bakı metrosunun iş qrafiki 2 saat uzadılacaq.

Bu barədə jurnalistlərə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib. Bildirib ki, Bakıda təşkil olunan kütləvi tədbirlərlə əlaqədar müvafiq əməliyyat planı əsasında, yarışın keçiriləcəyi müddətdə metropolitendə gücləndirilmiş iş rejimi tətbiq olunacaq:

"Yarışın keçiriləcəyi müddətdə nəzərdə tutulmuş kütləvi-mədəni proqramların başa çatacağı vaxtlar nəzərə alınaraq, aprelin 28-dən 29-na və 29-dan 30-na keçən gecə saat 02:00-a qədər metropoliten stansiyaları sərnişinlərin girişinə açıq olacaq. Aprelin 30-da bazar günü olsa da, qatarların hərəkəti "Həzi Aslanov-28 May" sahəsində 2,5dəqiqəlik intervalla təşkil ediləcək. Həmin tarixlərdə qatarların hərəkəti qış qrafikinin tələblərinə uyğun nizamlanacaq" - deyə B. Məmmədov əlavə edib.

Müşfiqə

Paylaş:
Baxılıb: 441 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31