Ayrılmadı könül candan!
27.05.2023 [11:15]
“Səməd Vurğunun “Azərbaycan” şeiri dillərdə əzbər olubdur. Bilirsiniz, o qısa sözlərdə o qədər dərin məna var ki, həmin sözləri hər bir insan dilinə gətirib, təkrar edərkən öz xalqına, ölkəsinə bir daha məhəbbətini, sevgisini, sədaqətini ifadə edir”.
Heydər Əliyev
Günel ABBAS
Elə şairlər var ki, əsrlər, minilliklər keçsə də, onların əsərləri həmişəyaşar olaraq yaddaşlara yazılır. Müdriklər haqqında ürək sözü söyləmək həm çətin, həm də məsuliyyətlidir. Xüsusən biləndə ki, deyəcəyin söz istedadlı bir şair haqqındadır, həyəcanın daha da artır. Belə sənət, söz-saz ustadlarından biri də xalq şairi Səməd Vurğundur. Səməd Vurğunun adını da, əsərlərini də eşitməyən tapılmaz. Onun qəlbləri məftun edən poeziyası və dramaturgiyası ilə tanış olub həyəcanlanmayan adam da yoxdur. Həmişəyaşar şair Səməd Vurğun xalqın oxuyan qəlbi idi. O, Azərbaycanı, onun keçmişini, bu gününü, sabahını tərənnüm edirdi. Səməd Vurğun Odlar yurdunun taleyinin nəğməkarı idi. Onu da qeyd edək ki, xalqın şairi adını daşımaq ilk dəfə Səməd Vurğuna nəsib olub. Bu gün - onun anım günündə həmişəbahar yaradıcılığını yad etməmək, xatırlamamaq, söz söyləməmək mümkün deyil.
Elinə Vurğun oldu - ad qazandı...
...Uşaq dil açanda ona ilk sözləri anası öyrədir. Zaman keçdikcə uşaq insana çevrilir. İnsan ömrünün ayrılmaz yol yoldaşı, yaddaş kitabı isə söz olur. İnsan böyük söz təşnəsi olur. Söz arayır, söz axtarır ki, onun ardınca getsin. Dünyanı dərk etsin, özünü tapsın, həyatın min bir sualına cavab versin. Bu böyük axtarışda hər bir azərbaycanlının qarşısına bayatı çıxır, atalar sözləri, nağıllar, qoşma və gəraylılar boylanır. Dədə Qorqud və Füzuli, Vaqif və M. F. Axundov, Mirzə Cəlil və Sabir... bu sözün əbədi yolu kimi onu dünyaya yönəldir. Bu adamların taleyi Azərbaycan dilinin taleyidir...
Səməd Vurğunu tanıyanlar onu çılğın təbiətli, narahat qəlbi bir gənc kimi xarakterizə ediblər. Deyilənlərə görə, gündüzlər meşəlikləri, düzənlikləri dolaşar, gecələr saatlarla ayın bədrlənmiş çöhrəsinə tamaşa edər, onun əfsanəsini xatırlarmış. Səməd adını ona ata-anası versə də, elinə, vətəninə, xalqına vurulduğuna, elin arzu-istəklərini, mənəvi dünyasını ilhamla tərənnüm etdiyinə görə “Vurğun” adını qazanıb xalqın tarixinə, polad yaddaşına büllur poeziyası ilə həkk olunub. O, qədirbilən xalqımızın vəfasına, etibarına inanıb haqlı olaraq: Unutmaz aləmdə əhli-halı məni, - deyib.
Heydər Əliyevin Səməd Vurğun “Azərbaycan”ına böyük məhəbbəti
Səməd Vurğuna ulu öndər Heydər Əliyevin böyük dəyər verdiyi hamıya məlumdur. Bəlkə də, bu dəyərin, diqqətin nəticəsidir ki, bu gün Səməd Vurğununun adı hallananda çoxumuzun təsəvvüründə Heydər Əliyevin “Azərbaycan” şeirini söyləməsi canlanır. Heydər Əliyevin ədəbiyyat sevgisi bütövlükdə Azərbaycan ədəbiyyatını bürümüşdü. O, Azərbaycana rəhbərliyi dövründə də ədəbiyyatımızı, eləcə də ədəbiyyatımızın inkişafında xidmətləri olan bütün yazıçı və şairlərimizin müxtəlif üsullarla təbliğinə, geniş miqyasda tanıdılmasına böyük imkanlar yaradıb. Bununla bərabər, bir fərd olaraq bu böyük şəxsiyyətin xüsusi rəğbət bəslədiyi şair və yazıçılar, eləcə də daha çox dəyərləndirdiyi və sevdiyi əsərlər də olub. Bu azsaylı şair və yazıçıların sırasında heç şübhəsiz Səməd Vurğun, daha çox sevilən əsərlərin içərisində isə onun “Azərbaycan” şeiri də var. Əsərlərinə daha çox önəm verdiyi sənətkarlarla müqayisədə də Heydər Əliyevin Səməd Vurğun şəxsiyyəti və yaradıcılığına münasibəti daha özgür və munis olub.
30 il əvvəl Heydər Əliyev “Gülüstan” sarayında Səməd Vurğun ideyasında “Azərbaycan” epopeyasının proloqu olan eyni adlı şeiri qəlbi, ruhu ilə səsləndirmişdi. Şeirin “Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan!” - sətirlərinin duyğulu ahəngi Vətənin daşı olmağı bacaran hər bir azərbaycanlının qəlbini titrətmişdi.
Bir də Vətən qəlbi, Vətəndaş qəlbi 2020-ci il Şuşanın azadlığı - torpaqlarımızın tamlığı, bütövlüyü ilə titrədi:
Ayrılmadı könül candan!
Bütöv oldu Azərbaycan!
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50

