SEPAH-ın himayəsindəki terror şəbəkəsi...
03.06.2023 [14:01]
SEPAH bir sıra ölkələrdə terroru stimullaşdırmaqda ittiham edilir. İnqilab Keşikçiləri Qvardiyasının Qüds Gücü, Suriyadakı Hizbullah təşkilatı, Yəməndəki və bir sıra başqa ölkələrdəki destruktiv qüvvələrin adı məhz SEPAH-la yan-yana çəkilir. İran Mərkəzi Bankı vasitəsilə “Qüds Qüvvələri” və “Hizbullah qruplaşması”na milyonlarla dollar məbləğində vəsait yönləndirildiyi müəyyən edilib. İran adına törədilən terror aktlarının əksəriyyəti isə “Hizbullah” və “HƏMAS” tərəfindən təşkil edilir, SEPAH onlara dəstək verir. Amma faktlar göstərir ki, terror aktlarının planlaşdırılması və gerçəkləşdirilməsi üçün İranın bütün mərkəzi dövlət qurumları əlaqələndirilmiş formada çalışır, vahid bir mexanizm halında birləşirlər. Məsələn, 1989-cu ilin iyul ayında Vyanada tərədilmiş terror aktının icraçıları Avstriya ərazisinə İran diplomatik xidmətlərinin pasportlarından yararlanaraq daxil olmuşdular.
1979-cu ildən etibarən, İranda dövlət maraqlarının təmin edilməsi üçün terror aktlarından istifadəyə rəsmən razılıq verilib. ABŞ Dövlət Departamenti tərəfindən tərtib edilən, “Beynəlxalq qanunları pozan İran rejiminin dağıdıcı hərəkətlərinin tarixi” adlı hesabatda göstərilir ki, İran hər il Suriya, Yəmən və İraqda terror aktlarının gerçəkləşdirilməsi üçün ən azı 16 milyard dollar vəsait xərcləyir.
Son 25 il ərzində isə İranla bağlı qanlı terror aktlarının sayı artıb - səbəb bu ölkənin bəşəriyyətin tərəqqisi üçün kəşf edilmiş modern texnologiyaları oğurlayaraq, onları terror aktlarının törədilməsi üçün istifadə etməyə başlamasıdır. Beynəlxalq hesabatlarda qeyd edilir ki, İranın kiber təhlüksizlik təsisatları (İKK) tərəfindən dünyanın nüfuzlu universitetlərinə hər il yüzlərlə kiberhücumlar təşkil edilir və onların intellektual mülkiyyətləri oğurlanır. Məsələn, 2018-ci ildə Belçika, Fransa, Almaniyada İran agentlərinin kütləvi toplanış məntəqələrində müasir texnologiyalardan yararlanmaqla təxribatlar törətmək planları aşkarlanıb və qarşısı alınıb. Həbs edilmiş İran agentlərinin istintaqı zamanı bu yöndə ciddi faktlar ortya çıxıb. 2018-ci ildə Almaniyada xüsusi qorunan ofislərə şübhəli təmas edən 10 nəfər saxlanılıb. Onların SEPAH agentləri olduğu sübut edilib. 2013-cü ildə Bosniya və Herseqovinada iki nəfər “iranlı diplomat” saxlanılıb. Onların casusluq və terrorla əlaqələri sübuta yetirilib. 2012 ildə Türkiyədə dörd SEPAH agenti saxlanılıb. Onlar İsrailə bağlı hədəflərinə hücum etmək üçün Türkiyədən yararlanmaq istəyiblər. İndiki halda Almaniyanın timsalında isə zəhərli maddələrdən istifadə etmək arzusu isə İranın bu təhlükələri davam etdirməkdən çəkinmədiyinin göstəricisidir.
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31

