Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiya Gədəbəydədir

Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiya Gədəbəydədir

22.06.2023 [12:10]

Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın üzvləri kənd sakinləri ilə görüş keçirəcək.

Bunu Komissiya sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Real Tv"yə açıqlamasında deyib.

Onun sözlərinə görə, kənd sakinləri ilə görüşdən sonra Komissiya üzvləri əraziyə baş çəkəcəklər:

"Komissiya ərazidəki problemləri daha dəqiq öyrənəcək və təkliflər hazırlayacaq".

Qeyd edək ki, ötən gün Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib.

Komissiyanın tərkibinə səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.

Paylaş:
Baxılıb: 562 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31