Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İslam Əməkdaşlıq Təşkilatı İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı fövqəladə iclas keçirəcək

İslam Əməkdaşlıq Təşkilatı İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı fövqəladə iclas keçirəcək

01.07.2023 [17:59]

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı iyulun 2-də Səudiyyə Ərəbistanında fövqəladə iclas keçirəcək.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) iyunun 28-də İsveçin paytaxtı Stokholmda Qurani-Kərimin yandırılması ilə bağlı iyulun 2-də Ciddədə fövqəladə iclas keçirəcək.

Baş tutacaq fövqəladə iclasda İƏT-ə üzv ölkələrin, o cümlədən Türkiyə, Səudiyyə Ərəbistanı, Qambiya, Pakistan, Mavritaniya və Kamerun daxil olmaqla, İƏT İcraiyyə Komitəsinin üzvü olan ölkələrin daimi nümayəndələrinin iştirakı gözlənilir.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkil etdiyi iclasda, Qurani - Kərimə hörmətsizliyə qarşı ortaq münasibətin ortaya qoyulması və bu əməllərə qarşı görüləcək tədbirlərin müzakirəsi hədəflənib.

Qeyd edək ki, 28 iyun tarixində İsveç polisi paytaxt Stokholmda məscidin qarşısında Qurani-Kərimin yandırılmasına icazə verib.

Paylaş:
Baxılıb: 526 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Analitik

Dron müharibələri

29 İyul 09:31  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31