Bakıda Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq tədbir keçirilib
05.07.2023 [19:38]
5 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak və çıxış edib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, QH Əlaqələndirmə Bürosunun nazirlər görüşündə qatılan nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə nazir Ceyhun Bayramovla yanaşı, Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan və keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının son xarici işlər naziri, Qoşulmama Hərəkatının əsasının qoyulduğu Bandunq Konfransında şəxsən iştirak etmiş Budimir Lonçar çıxış edib.
Çıxışında nazir Ceyhun Bayramov, müasir və müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin əsasının qoyulması və qorunması istiqamətində çoxşaxəli və fədakar fəaliyyətindən geniş bəhs edib. Ölkəmizin müstəqilliyinin bərpa olunmasından sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranmış çətin vəziyyət, qaçqın və məcburi köçkün problemi, iqtisadi və sosial böhrana baxmayaraq, Ümummilli Liderin, özünün də dediyi kimi Azərbaycanın müstəqilliyini əbədi, daimi və dönməz etməyə nail olduğunu bildirib.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub. Xarici siyasətimizin qarşılıqlı faydalı əməkdaşlığın təşviqi, beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfə verilməsinə yönəldiyi diqqətə çatdırılıb. Bu xüsusda, Azərbaycan xalqının milli maraqları, ölkəmizin suverenliyi və ərazi bütövlüyümüzün qorunmasının hər zaman xarici siyasətimizin prioriteti olduğu bildirilib.
Çıxış edən Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan, beynəlxalq mühitdə artan gərginliyin və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin pozulduğu bu dövrdə Türkiyə Respublikasının Hərəkatın əsas prinsiplərinə sadiq olduğunu qeyd edib.
Türkiyə və Azərbaycan qardaşlığını "Bir Millət, İki Dövlət" kəlamı ilə təsvir edən dahi şəxsiyyət Ümumilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsində müstəsna xidmətləri xatırlanıb.
Tədbirdə çıxış edən keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının son xarici işlər naziri, Qoşulmama Hərəkatının əsasının qoyulduğu Bandunq Konfransında şəxsən iştirak etmiş Budimir Lonçar xüsusi qonaq qismində Əlaqələndirmə Bürosunun nazirlər görüşünə dəvətə görə minnətdarlıq bildirib. Ümumilli Lider Heydər Əliyevin Azərbaycanın iqtisadi və sosial inkişafı, onun region və dünya ölkələri ilə münasibətlərinin möhkəmləndirilməsi, habelə Azərbaycan Respublikasının beynəlxalq arenada nüfuzunun artırılmasında müstəsna rolu qeyd edilib.
Daha sonra isə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş videoçarxı izləyiblər.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

