"Azərbaycan mətbuatı qara məqsədlər üçün vasitəyə çevrilmir"
06.07.2023 [11:03]
Butövlükdə mediada dini təhlükəsizliyin təmini məsələsi günün ən aktual məsələlərindəndir.
Bu barədə yeniazerbaycan.com-a “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.
Onun fikrincə, Azərbaycanda dinə münasibət hər zaman xüsusi və fərqli cəhətləri ilə seçilib. Bütün sferalarda elmi yanaşmalara üstünlük verən əksər Azərbaycan oxucusu dinə münasibətdə də analoji tələbi ilə seçilir - dinin elmi-maarifləndirmə xəttindən uzaqlaşmamasını istəyir: “Bir sözlə, sosial sifariş bu yöndədir. Bu fakt günümüzün əsas reallığına çevrilmiş sosial şəbəkələrdə də öz əksini tapır. Mətbuat bu mənada həm də qoruyucu funksiya daşıyır. Cəmiyyətin və dövlətin yad təsirlərə məruz qalmaması üçün təbii qalxan vasitəsinə çevrilən media böyük bir yükü üzərinə götürür. Müasir dünyada gedən proseslər prizmasından bu olduqca ağır bir yükdür. Media təhlükəsizlik arxitekturasına zərər gəlməməsi üçün bütün səylərini ortaya qoyur”.
Baş redaktor vurğulayıb ki, mediada dini təhlükəsizliyin qorunması məsələsi bircinsli deyil - bu, yeni internet mediada ənənəvi çap mediası qədər effektivlik daşımır. Onun sözlərinə görə, bəzi hallarda ölkəmizdə yaradılan tolerant mühitə, sabitliyə paxıllıq edənlər və bəzi qaranlıq məqsədlərə düşənlər də tapılır: “Ölkəmizdə dinə elmi cəhətdən yanaşılmasını qəbul edə bilməyən, cəmiyyəti hər vəchlə dini xürafata doğru sürükləməyə çalışan, yalnız bu çərçivədə təbliğat aparan qüvvələr virtual məkanda mənasız polemikalar açmaqla, qeyri-qanuni yollara əl atmaqla cəmiyyətin bütövlükdə dinə münasisibətinə kölgə salmağa çalışırlar. Hətta bir sıra məqamlarda xarici mənbələrdən qidalananların dini ritualizmin daha da kəskinləşməsi ücün çalışdığına da rast gəlinir. Sevindirici haldır ki, Azərbaycan mətbuatı bu kimi qara məqsədlər üçün vasitəyə çevrilmir. Dövlətə sevgi, inam və etimad bu kimi dindən fərqli şəkildə - hətta terror vasitəsi kimi istifadə etməyə niyyətlənənlərin arzularını ürəklərində qoyur. Əlbəttə ki, burada qanunvericiliyin təkmil olması da böyük əhəmiyyətə malikdir. Yeni qəbul edilmiş “Media haqqında” qanunun 14-cü maddəsinin müvafiq bəndlərində mediada dərc olunan və ya yayımlanan informasiyaya dair tələblər sırasında irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunmaması, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməsi xüsusi olaraq qeyd olunur. Eyni zamanda, yeni qanunda göstərilir ki, terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir”.
A.Quliyev onu da bildirib ki, ölkəmizdə din-media münasibətlərində hər hansı bir problemdən söhbət gedə bilməz. Azərbaycan mediası hər zaman yaşam tərzlərinə, əqidələrə, bütün dini inanclı kəsimlərə hörməti təbliğ edir. “Təbii ki, burada qırmızı xətt mövcuddur. Bu dini inanclar, əqidələr Azərbaycanın bütövlüyünə xələl gətirməməlidir. Ölkəmizdə yad təsirlərə məruz qalmış təbliğat aparıla bilməz. Bu qanunvericiliklə də qadağandır və düşünürəm ki, vacib məsələdir. Media cəmiyyətin inkişafında mühüm rol oynayan, cəmiyyəti yönləndirən ictimai institutdur. Əgər kimsə fanatizmdən, məzhəb ayrı-seçkiliyindən istifadə edərək cəmiyyəti səhv istiqamətə yönləndirməyə cəhd edərsə, buna qarşı Azərbaycan mediasının da mövqeyi birmənalı və kəskindir”, - deyə baş redaktor əlavə edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

