Bir cüt Arifin ortaq sevinci
18.07.2023 [10:03]
İllərdir ki, Azərbaycanla bağlı bədbin “proqnoz”ları təsdiqini tapmayan radikal müxalifətin hər şeyi “qara rəngdə” görmək azarı bitmir, bir dəstə xəyanətkar ölkəmizin nailiyyətlərinə qara yaxmaqdan usanmır. Uğurlarımızı gah “təsadüf” adlandıran, gah da ağıla batmayan min bir əsassız iddia irəli sürən bu kəsim illərlə Azərbaycanın torpaqlarını işğaldan azad edə bilməyəcəyini iddia edirdi. Hətta 2020-ci il Vətən müharibəsi dövründə belə xəyanətkarlar qələbəmizi “yarımçıq” adlandırır, Ermənistanın kapitulyasiya aktı imzalamadığını israrla vurğulayırdılar...
Reallıq isə ondan ibarətdir ki, Azərbaycanın qələbəsi onları da ermənilər qədər sarsıdıb. Bunun nəticəsidir ki, addımbaşı yeni yalanlarla ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Bütün dünya, hətta ermənilər özləri belə beynəlxalq vasitəçilərin səyi ilə aparılan sülh danışıqlarında Azərbaycanın üstün mövqeyini etiraf edirlər. Prosesin Azərbaycanın diktəsi ilə getdiyini bütün dünya təsdiqləyir - dostlarımız buna sevinir, düşmənlərimiz narahat olurlar. Belə bir məqamda “Azərbaycan sülhə hazır deyil” kimi bir iddia irəli sürmək nə deməkdir?
İlk baxışdan belə görünür ki, bu cümlə Araik Arutyunyana, Robert Koçaryana, Seyran Ohanyana və ya hansısa “yan”a, yaxud ən azı Emmanuel Makrona aiddir. Xeyr, bu cümlə “Osmanqızı TV” internet kanalında aparılan “müzakirə”lər zamanı səsləndirilib. Azərbaycanın sevincinə kədərlənən Sevinc Osmanqızının “ekspert” qismində dəvət etdiyi bir cüt “arif” adam (Arif Yunus və Arif Məmmədov) erməni üslubu, revanşist ritorikası ilə danışır. Azərbaycanın regionda yaratdığı reallıqları görməzdən gələn bu şəxslər “sülhə hazırlıq” prosesini belə düzgün qiymətləndirə bilmir - həqiqətin gözünə düz və dik baxmırlar.
Azərbaycanın sülhə hazır olması faktlarla ortadadır. Ölkəmiz yeni situasiya yaradıb, regional təhlükəsizliyin bərpası üçün bütün səylərini səfərbər edib. Belə olan “Arif” adlı qafillərin yalan danışmaqda, Azərbaycanı ittiham etməkdə məqsədləri nədir? Amma nəticə eynidir - bu dəfə də yalan ayaq tutur, amma yerimir...
Sadiq
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59

