Uçot dərəcəsinin artırılması rublu xilas edəcəkmi?
17.08.2023 [13:32]
MÜBARİZ
Moskva birjasında ticarət zamanı dolların məzənnəsinin 101 rublu, avronun məzənnəsinin isə 110 rublu ötməsi fonunda Rusiya Mərkəzi Bankı hər nə qədər təmkinli izahatlar verib maliyyə sabitliyi üçün təhlükə gözlənilmədiyini bildirsə də, qurumun fəaliyyətində narahatlıq notları diqqətdən kənarda qalmır.
Bankın cari dönəmdə pul siyasətini sərtləşdirmək kursu götürməsi bunu əyani şəkildə təsdiqləyir. Qonşu ölkənin KİV-də yayılan məlumatlarda bildirilir ki, rublun ucuzlaşmasına qarşı Rusiya Mərkəzi Bankı tərəfindən fövqəladə tədbirlər görülüb. Belə ki, bank uçot dərəcəsini 8,5 faizdən 12 faizə qaldırıb.
Qətnamənin mətnində təcili faiz artımının qiymət sabitliyi risklərini məhdudlaşdırmaq məqsədi daşıdığı bildirilib. Qeyd olunub ki, müharibə xərcləri artdıqca və ixrac kəskin şəkildə azaldıqca rublun dəyərdən düşməsi sürətlənib. Xatırladaq ki, Rusiya Mərkəzi Bankı ötən ay faiz dərəcələrini 100 bənd artıraraq, 8,5 faizə çatdırmışdı.
Bahalı pul siyasəti inflyasiyanın cilovlanması üçün dünya praktikasında tez-tez əl atılan bir vasitədir. Ancaq bu, heç də bütün hallarda özünü doğrultmur. Məsələn, son vaxtlarda ABŞ-da, ayrı-ayrı Avropa ölkələrində uçot dərəcələri atırılsa da, inflyasiyanın səviyyəsi yüksək olaraq qalmaqdadır və artmağa daha çox dərəcədə meyillidir. İndiki halda rublun bahalaşdırılması reanimasiyada ağır xəstəyə süni nəfəs verilməsinə bənzəyir. Süni nəfəs verilməsi dayandırıldıqda xəstə ölür. Bəs Rusiya Mərkəzi Bankı rublu xilas etmək üçün uçot dərəcəsini hansı səviyyəyədək qaldırmaqda davam edəcək?
Rublun məzənnə itkilərinin səbəbləri izah olunarkən müharibə amili önə çəkilməyib. Ancaq Rusiyanın milli valyutasının, necə deyərlər, çöküş dövrünü yaşamasında müharibə səbəbi ön sırada dayanır. Artıq bir il yarımdan çoxdur ki, davam edən və sonu görünməyən müharibənin kədərli izləri Rusiyanın maliyyə sektorunda aydın şəkildə özünü büruzə verir.
Etiraf olunması nə qədər qeyri-məqbul sayılsa da, rublun kəskin məzənnə itkisi, heç şübhəsiz ki, müharibə fonunda kollektiv Qərbdən Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bilavasitə bağlıdır. İndiyədək 11 mərhələdə tətbiq olunan sanksiyaların əhatə dairəsi kifayət qədər genişdir. Sanksiyaların bir qismi Rusiyanın maliyyə, o cümlədən də bank sektoruna aiddir. Müharibədən əvvəlki mərhələdə Rusiyanın əsas valyuta gəlirləri enerji resurslarının ixracından formalaşırdı. İndi sanksiyalar səbəbindən bu ölkədən “qoca qitə”yə enerji məhsullarının ixracı əhəmiyyətli dərəcədə azalıb. Xatırladaq ki, 2022-ci il dekabrın 5-də Rusiya neftinə tətbiq edilən embarqo qüvvəyə minib və həmin gündən etibarən Rusiyadan gələn neftin qiyməti bir barel üçün 60 dollar səviyyəsində müəyyən edilib. Üçüncü ölkələr isə Rusiya neftinin ixracına 60 dollarlıq yuxarı tavan qiyməti müəyyənləşdirildikdən sonra bu qiymətdən baha neft almağa tələsmirlər. Beləliklə, Rusiyanın gəlirləri azalır. 2023-cü ilin birinci yarısında Rusiyanın büdcəsinə neft və qaz sənayesindən daxilolmalar 46,9% azalaraq bir il əvvəlki 6,376 trilyon rubla qarşı 3,382 trilyon rubl təşkil edib. Bütövlükdə, Rusiyanın neft gəlirlərində 65.0 faiz azalma var. Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, yanvar-iyun aylarında neft və kondensat üzrə hasilat vergisi (MET) 1,73 dəfə azalaraq büdcəyə 2,984 trilyon rubl, ixrac rüsumu 105,9 milyard rubl (3,25 dəfə azalma) gətirib. Əlavə gəlir vergisi isə 2,54 dəfə azalaraq büdcəyə 403 milyard rubl gətirib. Qaza görə ixrac rüsumlarının yığılmasından büdcə gəlirləri 4,9 dəfə - 241,2 milyard rubla qədər azalıb.
Ümumi ixracatdakı azalmalar rubla təzyiq yaradır. Tətbiq olunan sanksiyalar fonunda enerji məhsullarının satışından gələn gəlirlər azaldıqca ölkədə valyutaya tələbatın ödənilməsində kəsirlər yaranır. Paralel şəkildə idxalın artması da sərbəst dönərli valyutalara tələbatı artırır. Tələb təklifi daha çox üstələdikcə, milli valyuta da bir o qədər dəyər itirir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

