Bu mənfur əməli qətiyyətlə pisləyirik!
15.09.2023 [11:20]
İsrail Təhlükəsizlik Akademiyası: Ermənistanın Holokostdan öz çirkin təbliğat və qarayaxma kampaniyası kimi istifadə etməsi riyakarlıqdır
Ermənistan hər zamankı kimi‚ növbəti dəfə məkrli əmələ əl atıb. Ermənistanın Baş naziri Nikol Paşinyan AFP-yə müsahibəsində Azərbaycana qara yaxaraq riyakarcasına bildirib ki, guya bu, “növbəti Holokosta hazırlıqdır”. Qarabağdakı separatçıların nümayəndəsi Vardanyan isə hətta bəyan edib ki, “ermənilərin iztirabları Holokost qurbanlarının çəkdiyi əzablardan daha çoxdur...”.
Göründüyü kimi, Ermənistan özünün məkrli siyasətini həyata keçirmək üçün öz çirkin və iyrənc təbliğat üsullarına Holokost qurbanlarını da əlavə edib. Ermənistan dövləti və məkrli erməni lobbisi Holokostdan riyakarcasına istifadə edərək öz təbliğatını İkinci Dünya müharibəsi zamanı Hitler tərəfindən qorxunc soyqırıma və dəhşətlərə məruz qalan yəhudilərin üzləşdikləri faciə ilə müqayisə etməyə çalışır. İkinci Dünya müharibəsi zamanı Avropada yaşayan bütün yəhudilərin 4-də 3-ü kütləvi şəkildə ən ağır işgəncələrlə qətlə yetirilib. Alman Gettolarında yəhudilərin üzləşdikləri fəlakət tükürpədici və qorxunc bir soyqırım idi. Tarixdə yəhudilərin başlarına gətirilən məşəqqətlər qətiyyən heç bir xalqın başına gətirilməyib‚ heç bir xalq tarix boyu yəhudilərin çəkdiyi iztirab qədər iztirab çəkməyib. Bu səbəbdən yəhudilərin üzləşdikləri misli görünməyən qorxunc soyqırımı aktları qətiyyən müqayisə edilə və nisbət göstərilə bilməz.
Azərbaycan ta qədimdən bu günə qədər dünyanın ən tolerant ölkəsidir. Azərbaycanda min illərdir ki‚ dərin tolerantlıq və multukultural dəyərlər ənənəsi vardır. Burada heç bir millətə, burada yaşayan heç bir xalqın nümayəndəsinə qarşı ayrı-seçkilik, kobudluq sərgilənməyib. Bütün xalqlar burada dostluq, qardaşlıq və doğmalıq şəraitində yaşayır. Ermənilərin isə bütün tarix boyu Azərbaycan ərazilərində‚ fitnə-fəsad, təxribatlar və soyqırımları törətdikləri hamıya məlumdur. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri‚ o cümlədən yəhudilər əsrlər boyu ermənilərdən zərər görüb və qətliama məruz qalıb. Azərbaycanda 1918-20-ci illərdə Quba rayonu ərazisində ermənilər kütləvi şəkildə bir neçə min yəhudini məhz yəhudi olduqları üçün qətl edib. Qubadakı Soyqırımı Memoreal kompleksindəki məzarlıq bunu açıq-aşkar sübut edir. Ermənilərin hazırda da yəhudilərə qarşı hücumlar və sıxışdırılmalara başladıqları ilə bağlı məlumatlar var.
Ermənistan və havadarları bölgədə öz çirkin niyyətlıərini həyata keçirtmək üçün hər cür fitnə və təxribata əl atmaqdadır. Hazırda Fransanın himayəsi ilə bölgədə qarışıqlıq və təxribat yaradan Ermənistan birmənalı olaraq bölgənin təhlükəsizliyini pozur. Fransanın Qarabağdakı erməni qanunsuz birləşmələrinə göndərdiyi yardım da bölgədə hərbi-siyasi vəziyyəti gərginləşdirmək məqsədi daşıyır. Qarabağ Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınan qanuni ərazisidir və heç bir ölkə Azərbaycandan xəbərsiz və Azərbaycanın rəsmi icazəsi olmadan bu ölkənin tərkib hissəsi olan qanuni ərazisinə özbaşına gələ bilməz.
Bu və digər bütün hallar erməniləri cəsarətləndirərək Xolokost qurbanlarının pak adlarının Azərbaycana qarşı özlərinin çirkin və riya dolu təbliğatlarında istifadə edilməsinə şərait yaradır.
Bu hal Holokost qurbanlarına qarşı ağır hörmətsizlikdir!
Biz‚ Ermənistan rəhbərliyinin‚ öz çirkin qarayaxma kampaniyalarında Holokost adından istifadə etməsinə qəti şəkildə etiraz edərək, bu mənfur əməli qətiyyətlə pisləyirik!
İsrailin əsl dostu Azərbaycana qarşı ermənilərin və havadarlarının həyata keçirdiyi bütün məkrli qarayaxma kampaniyalarına qarşı dost və qardaş Azərbaycan dövlətinin və xalqının yanındayıq!
İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

