Türkün gücünü hər kəs gördü!
04.10.2023 [11:40]
Texnoloji mühitə sürətli inteqrasiyanın nəticəsi
Günel ABBAS
Oktyabrın 2-də Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib. Tədbirdə 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox nümayəndə iştirak edib.
İştirakçılar arasında TEKNOFEST-in İdarə Heyətinin sədri, “Baykar” şirkətinin texniki direktoru Selcuk Bayraktar da yer alıb. S.Bayraktar 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində “Akıncı” pilotsuz uçuş aparatının kiçikölçülü maketini dövlətimizin başçısına hədiyyə edib. Qeyd edək ki, 2022-ci il mayın 28-də Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə “Akıncı” pilotsuz uçuş aparatının üzərinə imza atmışdılar.
Selçuk Bayraktar tədbirdən sonra jurnalistlərə açıqlamasında bir neçə əhəmiyyətli məqamlara toxunub. Bildirib ki, Beynəlxalq Astronavtika Konqresinin 50 il sonra müstəqil Azərbaycanda, Vətən olaraq gördüyü ölkədə keçirilməsi böyük xoşbəxtlikdir: “Türkiyənin Kosmik Agentliyi buradadır, nazirliklərimizin stendləri var, “Roketsan” və “Aselsan” burada təmsil olunur. Həmçinin bizim kosmik tədqiqatlarla məşğul olan təşkilatımız buradadır. Onsuz da biz bir millətik, iki dövlətik. Ölkələrimiz arasındakı əlaqələri kosmik məkanda da inkişaf etdirməliyik. Bu kosmos sahəsində ən prestijli konqresdir. Biz də inşallah 2 il sonra üçün Türkiyədə ev sahibliyi etmək istəyirik”, - deyə o qeyd edib.
Xatırladaq ki, Türkiyə Beynəlxalq Astronavtika Konqresində 500-ə yaxın “Teknofest” iştirakçısı və qalibi ilə iştirak edib.
Azərbaycanlı gənclər süni intellekt üzərində işləyirlər
Onun sözlərinə görə, pilotsuz uçuş aparatları ilə bağlı texnologiyaları inkişaf etdirmək üçün Azərbaycanda “Bayraktar Technology Azərbaycan” şirkəti yaradılıb: “Orada Azərbaycan gəncləri süni intellekt üzərində işləyirlər. Bu pilotsuz təyyarələrin avtomatik uçmasını təmin edən proqram təminatıdır və ən mühüm texnologiyadır. Biz bunu qabaqcıl avtomatlaşdırma adlandırırıq. Azərbaycanlı qardaşlarımız İstanbuldadırlar, tezliklə bura gələcəklər”.
S. Bayraktar qeyd edib ki, Türkiyənin Kosmik Agentliyi Azərbaycanın Kosmik Agentliyi ilə sıx əməkdaşlıq edir: “Yüksək texnologiyada da Azərbaycan güclənəcək. Biz gənclərimizin belə fəaliyyətlərdə gələcəyə iz qoyacaq layihələrdə birgə çalışmalarına önəm veririk”.
“Akınçı” pilotsuz uçuş aparatları Azərbaycana təhvil veriləcək
S.Bayraktar bildirib ki, azərbaycanlı pilotlar təlimləri uğurla başa vurublar: “Odur ki, biz ən yaxın gələcəkdə “Akınçı” PUA-larını Azərbaycana təhvil verəcəyik. Həmçinin 20 azərbaycanlı mühəndis “Baykar texnoloji Azərbaycan” şirkətində fəaliyyətə başlayıb”.
O bildirib ki, pilotsuz uçuş aparatları (PUA) istehsalı və tədrisi məqsədi ilə “Baykar texnoloji Azərbaycan” qurulmuşdu: “Mühəndis komandamız azərbaycanlı gənc qardaşlarımızla birlikdə işləməyə başlamışdı. Onlar daha çox süni intellekt və faydası daha yüksək olacaq sahələr üzərində işləməyə başlayıb. Hazırda 20 azərbaycanlı mühəndis sözügedən sahədə fəaliyyətini davan etdirir”.
“Bunlarla yanaşı, digər sahələrdə də çalışacaq komandalarımız yetişib. Sözügedən rəqəmlər sizə kiçik gələ bilər, lakin dünyanın ən böyük işlərini kiçik, amma doğru təməllər üzərinə qurulmuş komandalar həyata keçirib. Hansı ki, “Baykar” da əvvəllər kiçik bir komanda ilə fəaliyyətə başlamışdı”, - S.Bayraktar vurğulayıb.
Türkiyə dünyada ən yaxşı pilotsuz uçuş aparatlarına sahibdir
S.Bayraktar bildirib ki, bu gün Türkiyə dünyada ən yaxşı pilotsuz uçuş aparatlarına sahibdir: “Qarabağın azad olunmasında PUA-dan istifadə edildi. Bu, bizim üçün qürur mənbəyidir. PUA-ları idarə edən azərbaycanlı pilotlar türkün gücünü bütün dünyaya göstərdi. Türklər ilk dəfə olaraq PUA-larla müharibədə qalib gəldi. Türkün gücünü hər kəs gördü. Bu, əlbəttə, həm də şəhid və qazilərimiz sayəsində mümkün oldu”.
Daha sonra Selçuk Bayraktar “Bilim Bakı” mərkəzini ziyarəti çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı qeyd edib ki, hazırda yüksək texnologiya bütün həyatı şəkilləndirir: “Yaxın keçmişdə pandemiya yaşadıq və həmin dövrdə ən inkişaf ölkələrdə belə kifayət qədər süni nəfəs aparatlarının olmadığını gördük. Bu zaman həmin aparatların satışı qadağan edildi. Kiçik şeylər belə insanları qütbləşdirərkən belə həyati hadisələrin insanları bir-birindən daha da uzaqlaşdırmaması mümkün deyildi. Bu baxımdan bilim mərkəzlərimizin hədəfi vətənimizin, insanlığın faydasına işlər görən gənclərin yetişdirilməsinə nail olmaqdır”.
Xəbər lenti
Hamısına baxDünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29

