Rediküllər xora qoşulublar...
11.10.2023 [11:37]
Əli Kərimli və “dəstəsinin” yeni “direktivi”
Antimilli redikül müxalifətin bir mənbədən “idarə olunması” faktı növbəti dəfə öz təsdiqini tapır. Belə ki, Azərbaycana qarşı olan ermənipərəst qüvvələrin manipulyasiya vasitəsinə çevirməyə çalışdıqları “mövzunu” redikül müxalifətə “pıçıldaması” bəs edir ki, onlar da yalan, şər, böhtana “istinad” edərək ölkəmizin maraqlarını, uğurlarını hədəfə alsınlar. Əsasən sosial şəbəkələrdə bu kimi birtərəfli “şərhlərin”, “postların” şahidi oluruq. Həmin direktivlərin məhz ermənipərəst mövqelər tərəfindən redikül müxalifətə verilməsi faktını isə onlar özləri “ifşa edirlər” - səslənən fikirlərin, yazılan “şərh” və ya “postların” monotonluğu, hətta eyni qəlibdən çıxması bunu təsdiqləyir.
Əli Kərimli və “dəstəsi”nin sosial şəbəkələrdəki son “hərəkətləri” də məhz bu ssenari ilə inkişaf etməkdədir. AXCP sədrinin özü, “müavinləri”, “yan-yörəsi”, “şərikləri” eyni məsələ ilə bağlı manipulyativ “mövqe” sərgiləyiblər. Onların hədəfi ölkəmizin ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingenti ilə bağlıdır.
Ə.Kərimlinin məsələni öz aləmində spekulyasiya mövzusuna çevirməyə çalışması ortadadır - hətta bununla bağlı pafoslu “çağırış” belə edilir. O iddia edir ki, Rusiya rəsmisi bununla bağlı bildirib ki, “Rusiya sülhməramlılarının Qarabağda qalma məsələsi Moskva və Bakı tərəfindən həll olunacaq”.
Bu şəxsin təfəkküründəki qüsur birinci addımdan özünü biruzə verir - 2020-ci ildə bağlanan üçtərəfli bəyanata əsasən sülhməramlıların taleyi ilə bağlı Ermənistanın rəyi də “soruşulurdusa”, artıq bu yoxdur - yalnız Azərbaycan bu məsələdə rəy bildirə bilər. Bunun açması isə odur ki, Azərbaycanın yaratdığı yeni siyasi reallıqlarda artıq Ermənistanın rəyi əsas götürülmür - Azərbaycan özünün suverenliyini tam şəkildə bərpa edib. Sülhməramlıların fəaliyyəti və aqibəti isə həmin bəyanatda tam şəkildə əks olunub.
Ə.Kərimlinin “siyasi savadsızlığı” xəyanətkar bir hədəfə istiqamətlənib. Bu şəxs ətrafındakı barmaq sayı adamla birgə guya Azərbaycana qarşı hər hansı bir siyasi “üstünlük”qazanıldığını sübuta yetirmək istəyir - amma yenə də biabır olur. Axı, məsələnin mahiyyətində o durur ki, artıq Ermənistan bu məsələdə hər hansı bir söz haqqına malik deyil. Azərbaycan 24 saatlıq antiterror tədbirləri ilə bütövlükdə prosesə yeni bir istiqamət qazandırıb. Bu, artıq regionun liderini, müzakirələrin ünvanını açıq şəkildə hər kəsə bəlli edir.
Ə.Kərimlinin bu uğurları həzm etməməsi təbiidir - axı, onun maliyyələşdirilməsində Fransa “təmsilçilyinin” rolu danılmazdır. Məhz Fransadakı erməni lobbisinə xidmət edən “mühacir kassirləri” Ə.Kərimli və dəstəsinin hərəkət qrafikini, istiqamətini, şərhlərin mahiyyətini və xarakterini təyin edir. Yəqin ki, bu dəfə Ə.Kərimli və “dəstəsi” Azərbaycanın yaratdığı regional əməkdaşlıq mənzərəsinə necə xələl gətirməklə bağlı “direktiv” alıblar. Onlar bölgədə sülhün və təhlükəsizliyin bərqərar olmasını həzm edə bilməyənlərdir - Azərbaycanın regional tənzimləyici rolunu üstlənməsi “Fransa və xidmətçilərini” qane edə bilməz. Əli Kərimlinin “dəstəsi” də bu məsələdə öz payını alıb - belə olmasaydı, Ə.Kərimlinin maliyyəsinin payçıları da “ermənipərəst xora” qoşulmazdı...
MƏNSUR
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

