Axır qəminiz olmasın...
17.10.2023 [10:40]
Azərbaycanın uğurlarını gözü götürməyən, ölkənin, xalqın sevincinə şərik olmayan, əksinə, bu ölkənin, bu xalqın maraqlarına qarşı olanların şəriki olan redikül müxalifət əsl qəm dəryasına batıb. 2020-ci ilin Vətən müharibəsindən sonra dili söz tutmayan, əli işə yatmayan Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Qənimət Zahid, Tofiq Yaqublu kimiləri “təskinliyi” bir şeylə tapırdılar - Xankəndidə Azərbaycan bayrağı dalğalanmır. Amma indi... Azərbaycanın üçrəngli müqəddəs bayrağını Xocalıda, Xocavənddə, Ağdərədə, Xankəndidə ucaldır Azərbaycanın müzəffər Ali Baş
Komandanı. 3 il idi ki, erməni təbliğatının sınıq təkəri obrazında anti-Azərbaycan kampaniyalarında önə çıxmaq üçün can atanlar bu gün əməlli-başlı “pəjmürdədirlər”.
Azərbaycan 4 tərəfdən qələbələrlə əhatə olunub. Prezident İlham Əliyevin apardığı uğurlu siyasi kurs nəticəsində tarixi günlər, tarixi anlar yaşayırıq. Azərbaycan özünün inkişaf tarixinin əvəzolunmaz mərhələsini formalaşdırıb. Bu gün Şərq ilə Qərbin, Cənub ilə Şimalın siyasi nəbzi Cənubi Qafqazda vurur. Bu tarixi mərhələni Azərbaycan xalqı, dövləti, Lideri yaradıb. Bu uğurlarla “barışmayan” redikül müxalifət isə qəm dəryasına qərq olub...
Antimilli mahiyyətə malik internet televiziyalarında çıxışları zamanı yalnız bir “hədəfə” köklənirdilər - torpaqlar işğaldan “tam azad” edilməyib, qələbə “tam” deyil. Bu natamamlıq xəstəliyi onların əsl kimliyindən xəbər verirdi. Əli Kərimli ümumiyyətlə üzə çıxmır, vaxtilə “Ələkbər” olub, sonradan “Aleksə” çevrilən əqidəsizlərin ümidinə qalan TV-də Sevinc Osmanqızının dili topuq vurur, hələ də “nələrəsə” ümid etdiyinə açıq şəkildə işarə edir. Özlərindən “tezis” uydurub bunun təbliğatını aparmağa çalışırlar. Guya nələrsə ola bilər - ona qalsa, hər şey ola bilər. Amma hazırda olanlar tarixi nailiyyətlərdir. Azərbaycan dövlətinin, xalqının, ordusunun yaratdığı qələbə mənzərəsidir...
Danışa-danışa özünü ifşa edənlər “sinfindən” olan redikül müxalifət Ermənistanın, Fransanın dediklərini təkrarlayır. Vaxtilə xalqın qələbəsinə ürəkdən sevinməməsi üçün apardıqları çirkin təbliğatları fərqli dairələrin, ölkələrin adları ilə “bağlayırdılar”, onlara “istinadən” guya hansısa xəbərləri yayırdılar. Axı, Fransa ilə Ermənistanın niyyəti, istəyi bəllidir - sizin istəyiniz nə idi? Neftin ucuzlaşmasına sevinməkdən tutmuş ta ki, “Ermənistan kapitulyasiya imzalamayıb” kimi sərsəm “bəyanatlar”a qədər uzanan arzu və istəkləri boşa çıxıb - Azərbaycan Vətən müharibəsində əldə etdiyi tam qələbə ilə ərazi bütövluyünü bərpa etdi, antiterror tədbirləri ilə suverenliyini tam bərpa etdi.
Qələbələrimiz ard-arda düzülüb - hər gün bir tarix yazılır. Prezident
İlham Əliyevin yürütdüyü çoxşaxəli siyasət Azərbaycana siyasi, hərbi, iqtisadi sosial qələbələr qazandırmaqda davam edir. Qarşıdakı illərdə bu qələbələrin daha da artacağı, məzmun etibarı ilə genişlənəcəyi, insanların xoşbəxtliyinə hədəflənən addımların daha da sürətlənəcəyi şübhəsizdir. Bu isə müxalifətin yenidən qəmə-qüssəyə batması, dərdə “giriftar” olması anlamına gəlir. Necə deyərlər, axır qəminiz olmasın...
“Yeni Azərbaycan” qəzeti olaraq biz redikül müxalifətə diqqət ayırmaq arzusunda və məcburiyyətində deyilik, düşünməsinlər ki, onlar “vacib gündəmdirlər” - bu yazılar onların xəyanətinin, satqınlığının, xainliklərinin faktoloji sübutudur. Qoy gələcək nəsil bu tarixi oxusun...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33

