Köhnəlmiş liftlər - qorxu kabusu
18.10.2023 [17:06]
M.BAYRAMLI
Ölkəmizdə aktual mövzulardan biri də lift problemidir. Paytaxtda köhnə binaların əksəriyyətində lift sistemi yararsız vəziyyətdədir. Biz tez-tez insanların liftdə qalması, bəzən isə lift kanatının qırılması, sakinlərin liftin şaxtasına düşməsi haqqında xəbərlər eşidirik. Əldə etdiyimiz məlumatlara görə, liftlərin yetərli hissəsi qəzalı vəziyyətdədir. Eləcə də köhnə binalardakı liftlərin çoxu baxımsız, başlı-başına qalıb. Köhnəlmiş liftlər əhali üçün bir növ, ölüm kabusuna çevrilib. Sakinlər nasaz liftləri vaxtında təmir edilmədiyindən şikayətlənirlər. Maraqlıdır, lift təsərrüfatının yenilənməsi problemi tam həllini nə vaxt tapacaq? Bir vaxtlar köhnə binaların liftlərində bu hallar ilə qarşılaşırdıqsa, indi isə yeni və çoxmərtəbəli binalarda da eyni hal yaşanır. Təkcə Sovet dövründən qalmış və istismar müddətini başa vurmuş liftlərdə yox, yeni və hündürmərtəbəli binalarda bu kimi hadisələr baş verir. Vətəndaşlar üçün ciddi problemlər yaradır, hər il ölüm halları qeydə alınır. Qaydalara görə, təhlükəsizlik baxımından liftə ən azı ayda bir dəfə müntəzəm texniki qulluq göstərilməli, ildə bir dəfə isə texniki baxış keçirilməlidir. Fəaliyyətə yararlı olub-olmaması müəyyənləşdirilməlidir. Əgər texniki şərtlərə cavab vermirsə, istismardan çıxarılmalıdır. Bu, çox böyük məsuliyyət və ehtiyatlılıq tələb edir. Əslində, köhnə və nasaz liftlərlə bağlı problem ciddi məsələdir. Bir çox binalarda, bloklarda vəziyyət ürəkaçan deyil, lift təsərrüfatı köhnəlib. Yəqin ki, əhatənizdə lift qorxusu ilə yaşayan insanlar var. Lift qorxusu bir fobiya olsa da, köhnə liftdən qorxu bir reallıqdır. Ölkəmizdə minlərlə doqquzmərtəbəli binanın olduğunu nəzərə aldıqda təhlükənin nə qədər yüksək olduğu ortaya çıxır. Bakıda 5000-dən çox belə liftin olduğunu nəzərə alsaq, minlərlə insanın hər gün risk mənbəyi olan köhnə liftlərdən istifadə etdiyini anlamaq olar. Ekspertlər deyir ki, yenilənmə işinə ilk olaraq köhnə binalarda ehtiyac var. Bakıda kifayət qədər sovetlər dönəmindən qalmış və yeni tikili binalar var. İstismar müddətini başa vurmuş liftlər daha çox bu binalardadır. Əksər hallarda yerli liftlərdə mərtəbələri göstərən rəqəmlərin tez sıradan çıxdığının şahidi oluruq.
Bakıda ilk lift 1905-ci ildə indiki Filarmoniya ilə üzbəüz binada quraşdırılıb. Sonralar paytaxt binalarında liftlərin sayı artmağa başlayıb və 1967-ci ildə “Azərlift” adlı idarə fəaliyyətə başlayıb. Həmin dövrdə şəhərdə cəmi 80 lift olub. Bu gün isə respublika üzrə 20 mindən çox, Bakı şəhəri üzrə 17 mindən çox lift istismardadır.
Xəbər lenti
Hamısına baxGündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50

