Səndən başlanır Vətən!
21.10.2023 [11:09]
Milli-demokratik hərəkatımızın yorulmaz mücahidi - Xəlil Rza Ulutürk 91
Günel ABBAS
Odur, yanır dan yeri...
Addımla günəşlə tən.
Torpaqdan başlanmır, yox,
Kişi qanındakı qeyrət selindən,
Səndən başlanır Vətən.
Məndən başlanır Vətən!
Şairin bu misralarından sonra səsinə minlərlə, milyonlarla Vətən sevdalısı səs verdi. Həmin dövrdə mübariz çıxışlarına, meydanı azadlıq ruhu ilə dalğalandırdığına görə zindana atılsa da, sənədli-sübutlu memuar yazılarını işıq üzünə çıxardı, millətin istiqlalına yetişdi. Heç şübhəsiz, bu, hər inqilabçı şairə qismət olmayır. Ancaq bir məqam daha çox təəssüf doğurur ki, istiqlaliyyət uğrunda qılıncdan kəsərli misraları ilə döyüşüb, mübarizə aparmış azadlıq aşiqinə istiqlal şairi olmasını rəsmən təsdiqləyən İstiqlal ordeni ilə təltif olunmasını görmək qismət olmadı.
Buna baxmayaraq şair özünün və sözünün əbədi olacağına bütün varlığı, şüuru ilə əmin idi. Təbii ki, bu da Vətənə, xalqına, torpağına bağlılığına görə idi.
Böyük mücahidin həyatı...
Bu gün ondan söz açmağımız təsadüfi deyil. Çünki bu gün Azərbaycan ədəbiyyatının ölməz siması Xəlil Rza Ulutürkün 91-ci ildönümüdür. O, 1932-ci il oktyabrın 21-də Salyanda anadan olub. 1949-1954-cü illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb.1950-1960-cı ildə Azərbaycan Pedaqoji Universitetində baş müəllim kimi fəaliyyət göstərib.1959-cu ildə Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib.
Təqiblərə görə universitetdən uzaqlaşdırıldı...
Xəlil Rza Ulutürk 1984-cü ildə “Ömürdən uzun gecələr”,“Qardaşlıq çələngi” kitablarını yazıb. İctimai görüşlərinə görə təqiblərə məruz qalan şairi Azərbaycan Pedaqoji Universitetindən uzaqlaşdırırlar. Sonralar onu, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. Burada o elmi-tədqiqat işi və bədii yaradıcılıqla məşğul olur, azadlıq mübarizəsini davam etdirir.
Vətəni üçün canından pay verən, vətənpərvər şair “Təbriz yenə doğular”, ancaq vətən əldən getməməlidir”- deyərək, odlu-alovlu çıxışları ilə həmişə düşmənə qarşı nifrətini bildirib. Təsadüfi deyil ki, ona istiqlalın alovlu şairi deyirdilər.
1990-cı il 20 Yanvar hadisələrinə, rus qoşunlarının günahkar insanları tankların altına salmasına yenə öz çıxışları, şeirlərilə kəskin bir dillə cavab verən Ulutürk zirvəsi saflıqla, ədalətlə qazanılan zirvədir. Bu zirvəyə çatmaq üçün Vətənini, xalqını Xəlil Rza Ulutürk kimi sevmək lazımdır. Əsərlərində Vətən sevgisi, düşmənə nifrət, xalqın azadlığı, bütün zəncirləri məhv edərək birgə olmaq arzusu ön planda olan şair hər misrasını ötəri hisslərlə deyil, ürəyindən, qəlbindən axıb gələn hisslərlə yazıb.
Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz xanımın dilindən:
“Xəlil Rzaya 80-ci illərdə millətçi damğası vurmaq istəyirdilər. Xalqın azadlığını istədiyinə görə şair bir çox məhrumiyyətlərə məruz qalıb. Şair çıxış edərkən bir çoxları zalı tərk edir, onu “dəli” adlandırırdılar. Ancaq Heydər Əliyev ona “Sən millətçi deyil, xalqın şairisən” deyir.”
Xəlil Rza Ulutürk haqqın, ədalətin öz yerini tapmasını istəyirdi. O, xalqın haqsız yerə qırğınlara, təhqirlərə, gülləyə tuş gəlməsinə etirazını bildirirdi.
Xəlil Rza Ulutürk ümumi türk dünyasının şairi idi. O istəyirdi ki, türklər bir yumruq kimi birləşsinlər.
Vətənpərvərlik ruhunu oğluna da aşılayan istiqlaliyyət şairi Xəlil Rza vətən yolunda oğlunu və özünü fəda etdi. Şairin oğlu Təbriz Xəlilbəyli 1992-ci il Daşaltı əməliyyatında qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Təbriz Xəlilbəyli anadan olanda “Oğul həsrəti” şeirini yazan şair bəlkə də oğlunun vaxtsız gedəcəyini öncədən duymuşdu.
Xəlil Rza 1990-cı il yanvarın 26-da SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilib Moskvaya -Lefortofo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair Lefortofo gündəliyini, 200-dən çox şeir, poema və məktubunu qələmə alır. 1990-cı il oktyabrın 9-da Moskvadan Bakıya gətirilir və bir ay məhkəmə prosesindən sonra azadlığa buraxılır. Ancaq həbsdə şəkər xəstəliyinə tutulan şairin 1994-cü ildə vəziyyəti ağırlaşır və iyul aynın 22-də vəfat edir.
Xəlil Rza poeziyası gələcək nəsillər üçün bir xəzinədir. Onun mübarizliyi, mərdliyi hamının yaddaşında qalıbdır. Bu gün onun arzuları həyata keçib. Vətənin igid oğulları Qarabağımızı azad edib. Azərbaycan müstəqildir, azaddır. Ona görə də fəxrlə deyə bilərik ki, Xalqın mərd, mübariz oğlu, tarixdə iz qoyan sənətkar, türk dünyasının günəşi! Milli Qəhrəman atası! Ölməz şair Xəlil Rza Ulutürk.
Xəbər lenti
Hamısına baxGündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32

