Elbəyi Həsənli Əli Kərimlini ifşa etdi
22.10.2023 [11:31]
“Çalışıram ki, Əli Kərimlinin dediklərinə münasibət bildirməyim. Bəzən o, adamı elə hövsələdən çıxarır ki, susmaq mümkün olunmur...”
Bu barədə Elbəyi Həsənli özünün facebook səhifəsindəki paylaşımında yazıb. Paylaşımı bəzi ixtisarlarla təqdim edirik:
“Oradan başlayım ki, bizim müxalifətin ən böyük səhvi ondadır ki, onlar, xüsusən AXCP İlham Əliyevin Qarabağla bağlı apardığı siyasəti dönə-dönə təftiş edib. 44 günlük müharibədə əldə olunmuş möhtəşəm qələbəni sıfırlamağa çalışıb. Neçə dəfə yazmışam ki, bu, yanlış yoldur. Qarabağ məsələsi İlham Əliyevin ən güclü yeridir. Bu məsələdə xalq İlham Əliyevi ikiəlli dəstəkləyir. Qarabağ Zəfəri xalqın nəzərində İlham Əliyevə xüsusi status verib. Yəni müxalifətin Qarabağ məsələsini təftiş etməsi intihar cəhdi kimi bir şeydir. Bu yolla xalqın məhəbbətini yox, ancaq və ancaq nifrətini qazanmaq olar...
Bizim AXCP iki ayağını bir başmağa dirədi və Qarabağ məsələsindən yararlanmağa çalışdı. Yəqin ki, yadınızdadır. Deyirdilər ki, Xocalı nə oldu, Xankəndi nə oldu? Laçın dəhlizi elə, Rusiya sülhməramlıları belə. Müxalifətin çıxışlarında demaqogiya baş alıb gedirdi. İqtidar indi həmin çıxışları qoyur ortaya və o ittihamların fonunda İlham Əliyevin Xankəndindən Azərbaycan bayrağı və gerbinin görüntüləri altında çıxışını yayımlayır. Və ortada olan bu təzad müxalifəti naqolay vəziyyətdə qoyur, xalqın nəzərində onu yerdən-yerə vurur...
Sonrasın da bilirsiz. İlham Əliyev 24 saat ərzində Qarabağda erməni separatizmini bitirdi. Elə bir siyasət yeritdi ki, ermənilər könüllü şəkildə Qarabağı tərk etdilər. Bu kütləvi köçə görə beynəlxalq səviyyədə Azərbaycanı ittiham etmək üçün ermənilərin əlində heç bir ciddi arqument də yoxdur.
Kimin nə deməyindən asılı olmayaraq İlham Əliyev Azərbaycanın üzləşdiyi erməni problemini heç kimin xəyal belə etmədiyi səviyyədə xalqımızın və dövlətimizin xeyrinə aradan qaldırdı. Mən əminəm ki, İlham Əliyevin bu xidmətini heç kim tarixdən silə bilməz. Hə, bu xidməti bugünkü müxalifət kimi kiçiltməyə çalışanlar olacaq, ancaq mən heç onların da uğur qazanacağına inanmıram...
Mənim düşüncəmə görə, Qarabağ məsələsində müxalifət xalqımız kimi İlham Əliyevin yanında olmalıydı. Olmadı. Daha doğrusu, oldu görüntüsün yaradıb yenə də bu Zəfəri gözdən salmağa çalışdılar.
Nə qədər absurd olsa da Əli Kərimli indi də bu xətti davam etdirir. AXCP sədri indi də buyurur ki, İlham Əliyev deyəndə ki, Ermənistan istəsə də, istəməsə də biz Zəngəzur dəhlizini açacağıq, mən buna etiraz etdim. Bunu avantüra adlandırdım. Belə çıxır ki, bu avantüradan imtina etmək lazımdır. Dolayısı ilə Əli Kərimli Azərbaycan iqtidarını Zəngəzur dəhlizi məsələsindən imtina etməyə səsləyir. Bu çağırış haradan gəlir? Qərbdən. Əli Kərimli Azərbaycan dövlətinin, bütövlükdə Türk Dünyasının maraqlarına arxa çevirir və Qərbin sözçüsü kimi çıxış edir. Ay qurban olum sənə. Sən axı Azərbaycan siyasətçisisən. Sən Qərbin yox, Azərbaycanın marağından yana olmalısan. Fransa Azərbaycana qarşı düşmən mövqeyindən çıxış edir. Əli Kərimli hərləyib-fırladım Fransaya dolayısilə da olsa bəraət qazandırmağa çalışır...
Azərbaycan niyə Zəngəzur dəhlizi məsələsində təkid edir? Çünki Zəngəzur dəhlizi olmadan Türk Dünyasının toparlanması, bir araya gəlməsi ciddi maneələrlə üzləşir...
Ümumiyyətlə, Qərbə Zəngəzur dəhlizi lazımdırmı? Lazımdır. Ancaq bu məsələdə bir əmma var. O da ondan ibarətdir ki, Qərb Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmir. Bəs nə istəyir? İstəyir ki, o dəhliz beynəlxalq nəzarət altında və ya Ermənistanın nəzarəti altında olsun. Hamı bilir ki, “beynəlxaq nəzarət” elə Qərbin nəzarəti deməkdir. Ermənistanın da Zəngəzurdan keçəcək yollara nəzarət etməsi yenə də Qərbin bölgəni kontrol etməsi anlamına gəlir...
Zəngəzur dəhliz statusunda olması o deməkdir ki, mən, sən, o, Zəngilandan maşını birbaşa Naxçıvana sürə və ya qatarla eyni yolu gedə bilərik. Eləcə də yüklər hər iki istiqamətə ermənilərin nəzarəti olmadan keçib gedə bilər. Və sən bunu avantüra adlandırırsan. Bu, hətta, avantüra olsa belə biz bunu müdafiə etməliyik. Niyə? Çünki Ermənistan heç vaxt bu qədər zəif, Azərbaycan isə heç vaxt bu qədər güclü olmayıb. İlham Əliyev yüz ildə bir dəfə ələ düşə biləcək bu fürsətdən maksimum şəkildə yararlanmağa çalışır. Sən də Qərbin sifarişi ilə bu işə qulp qoyursan, etiraz edirsən...
Bir şeyi də deyim. Əli Kərimli durub-oturub iddia edir ki, Azərbaycan Rusiyadan asılı bir ölkədir. Rusiyanın bütün əmr və göstərişlərin Azərbaycan həmən icra edir. Mən əminəm ki, Əli Kərimli bu tezisi də məhz Qərbin sifarişi ilə tez-tez səsləndirir. Mən Qərb mətbuatını izləyirəm. Dünən Kanadanın Toronto şəhərindən yayımlanan “geopoliticalmonitor.com” saytında gedən “Why Azerbaijan should join NATO” (Azərbaycan niyə NATO-ya üzv olmalıdır?) adlı yazısını təqdim etmişdim. Götür, oxu. Orjinalına da bax. Müəllif yazır: “Rusiya ilə işgüzar münasibətləri saxlamasına baxmayaraq, Azərbaycan həmişə Qərb üçün əvəzolunmaz strateji tərəfdaş olub”. Və bu fikir Qərb mətbuatında qırmızı xətlə keçir.
Yeri gəlmişkən, həmin məqalədə deyilir ki, Paşinyanın rəhbərlik etdiyi Ermənistan İrandan dronları alır və Rusiyaya ötürür. Rusiya da o silahlarla Ukraynada günahsız insanları məhv edir. Bir də Qərb mətbuatı yazdı-yazmadı, fakt budur ki, Rusiyapərəst dediyin İlham Əliyev Ukraynaya indiyə qədər 30 milyon dollarlıq yardım göndərib. Yalnız Rusiya ilə üz-göz olandan sonra, bu yaxınlarda Nikol öz xanımını Ukraynaya ezam etdi. Təbii ki, bu da daldan atılan daş kimi bir şey idi...”
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59

