UNESCO-nun subregional konfransı...
25.10.2023 [11:34]
8 ölkə nümayəndəsinin iştirakı ilə
Oktyabrın 23-dən “İpək Yolu Volqa-Xəzər Dəhlizi: Birinci İllik Subregional” konfransı öz işinə başlayıb. Konfrans Azərbaycan Milli İncəsənət Muzeyində keçirilib. Tədbir Mədəniyyət Nazirliyi və UNESCO-nun Ümumdünya İrs Mərkəzinin birgə təşkilatçılığı baş tutub.
Qeyd edək ki, tədbirdə ölkəmizlə yanaşı Qazaxıstan, Türkmənistan, İngiltərə, Yaponiya, Rusiya Federasiyasının Tatarıstan Respublikası və İrandan olan nümayəndələr iştirak edirlər. Konfransın təşkil olunmasının məqsədi “İpək Yolu Volqa-Xəzər Dəhlizi Transsərhəd Nominasiyası”na təqdim ediləcək mədəni irs obyektlərinin müəyyənləşdirilməsidir. Eyni zamanda müvafiq sənədlərin dəhlizə daxil olan 5 ölkənin hökumət nümayəndələri, milli əlaqələndiriciləri, yerli və beynəlxalq ekspertlərlə müzakirə olunması əsas məqsəddir.
Tədbirdə UNESCO-nun Dünya İrs Komitəsinin təşəbbüsü ilə irihəcmli “Transsərhəd İpək Yolu abidələrinin Dünya İrs Siyahısına nominasiyası” proqramının əhəmiyyətindən danışılıb. Proqramın İpək Yolunun üzərində yerləşən ölkələrin zəngin mədəni irsinin beynəlxalq səviyyədə təbliğ olunmasında əhəmiyyəti vurğulanıb. Bu yolun təkcə iqtisadi deyil, həm də mədəni sahədə birləşdirici və mövcud olduğu dövrdə keçdiyi ölkələrin həyatında vacib rolu qeyd olunub.
Daha sonra Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistandan olan ekspertlər layihə çərçivəsində görülən işlər barədə təqdimatla çıxış ediblər.
Azərbaycan geniş mədəni irsə malikdir
UNESCO-nun Azərbaycandakı daimi nümayəndəsi Elman Abdullayev çıxışında Azərbaycanın çox geniş mədəni irsə malik olduğunu deyib. O, bildirib ki, ölkəmizin həmişə bu mədəni dəyərlərin qorunmasında xüsusi rolu olub: “Azərbaycan şərqlə qərbi birləşdirən beynəlxalq ipək yolu üzərindən maddi və qeyri-maddi irsin qorunması mövzusunda Mərkəzi Asiya ölkələri ilə tarixi əlaqələr qurub”.
Bərpa etməli olduğumuz tarixi yerlər var
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva ipək yolunun Azərbaycan üçün vacib əhəmiyyətə malik olduğunu deyib: “Bir çox ölkəni birləşdirən bu yol sadəcə ticarət əlaqələrinin deyil, mədəni əlaqələrin də inkişaf etməsinə töhvə verib. Ölkəmizin digər sahələrdə də inkişafına və adət-ənənələrinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir edib. Qeyd edim ki, əsrlər boyu bu yol üzərində bir sıra karvansaraylar, mədəni abidələr tikilib. Bizim də bu abidələrin fonunda bərpa etməli olduğumuz bir çox tarixi yerlər mövcuddur. Düşünürəm ki, zamanla biz bu yerləri bərpa edəcəyik”.
Azərbaycan Respublikası UNESCO üzrə Milli Komissiyasının ikinci katibi Emil Əhmədov Azərbaycanın ipək yolu üzərində keçirilən layihələri hər zaman dəstəklədiyini deyib: “Azərbaycan maddi və qeyri-maddi mirasın qorunmasında təkcə milli yox, həm də regional addımlar atır. Qeyd etmək lazımdır ki, Azərbaycan son otuz ildə erməni işğalı altında olan torpaqlarını azad edib. Bütün dünya da gördü ki, ermənilər Azərbaycana aid mülki obyektləri, tarixi abidələri dağıtmışdır. Milli-mədəni irsimizə qarşı genosid həyata keçirmişdir. Bu konfransda da bir daha bu məsələlər müzakirə olunur. Və bütün iştirakçı ölkələri bu barədə bir daha məlumatlandırmaq onlara da faydalı olacaq”.
Y.BAYRAMOVA
Xəbər lenti
Hamısına baxXəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10

