Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Paşinyan: Ermənistan beynəlxalq kommunikasiya xətlərinin çəkilməsinə razıdır

Paşinyan: Ermənistan beynəlxalq kommunikasiya xətlərinin çəkilməsinə razıdır

26.10.2023 [13:06]

Biz beynəlxalq kommunikasiya xətlərinin çəkilməsinə razıyıq. Çünki sülhə aparan yol sülhlə bağlı görülən işlərin gündəliyindən keçir.

AZƏRTAC xəbər verir ki, bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən 4-cü Beynəlxalq İpək Yolu Forumundakı çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Ermənistan bütün nəqliyyat və kommunikasiyaların açılmasında maraqlıdır. Əsas olan odur ki, nəqliyyat və kommunikasiyaların qurulması sülh şəraitində, ölkələrin suverenliyi çərçivəsində həyata keçirilsin. Hər bir ölkə öz dövlət qurumları vasitəsilə gömrük və sərhəd keçid məntəqələrində nəqliyyatın və insanların təhlükəsizliyini də təmin etmiş olur. 

“Ermənistanda elə bir qurum yaradılacaq ki, insanların və yüklərin təhlükəsizliyinə şərait yaratsın. Bütün ölkələr qarşılıqlı və bərabərlik prinsipi əsasında bir-birinin infrastrukturundan istifadə etsin”, - deyə Paşinyan bildirib.

Paylaş:
Baxılıb: 601 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30