Böyük Qayıdış davam edir!
27.10.2023 [10:45]
Ağalı sakini: “30 il sonra eyni ayda köçkün düşdüyümüz yerlərə qayıdırıq”
Günel ABBAS
Vətən müharibəsində qazanılan Zəfərdən bu günə qədər xalqımız üçün ənənə halına çevrilmiş məqamlardan biri də ölkə başçısının müjdəli xəbərləri idi. Ənənəmiz bu gün də davam edir, vətəndaşlarımız Prezident İlham Əliyevin müşavirələrini diqqətlə və maraqla izləyir. Sirr deyil ki, prezident bu çıxışlarda hər dəfə yeni bir xoş xəbər verir və prioritet hesab etdiyi məsələlər qısa müddətdə reallığa çevrilir. Bunun uğurlu nəticələrindən biri də vətəndaşlarımızın öz ata-baba yurdlarına mərhələli və sistemli şəkildə qayıdışıdır. Qürurlu və kövrək duyğularla izlədiyimiz görüntülərin memarı olan ölkə başçısı təntənəli günlərin müjdəsini hələ bir il əvvəldən vermişdi. Qeyd etmişdi ki, Ağalı kəndinin sakinləri bu il öz dədə-baba yurdlarına qayıdacaqlar. Bu gün verilən vədlərin reallaşdığını biz təkcə Qayıdış prosesində yox, bütün sahələrdə izləyirik.
Yeri gəlmişkən, oktyabrın 26-da Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb. Belə ki, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 17 ailə - 95 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaqlar. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir. Beləliklə, indiyədək Ağalı kəndində daimi məskunlaşan ailələrin sayı 150, yəni 744 nəfərə çatıb.
Yeni həyatın ilk addımları
Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Doğma yurduna qayıdan Zəngilan rayonunun Ağalı kənd sakini Mərcanə Həsənova öz sevincini ifadə edərkən bildirib ki, Zəngilandan məcburi köçkün düşəndə 6 yaşında olu?: “Bu gün isə 37 yaşımda öz doğma yurduma qayıdıram. Bu günləri bizə yaşatdığı üçün Allaha şükürlər olsun. Biz bundan sonrakı ömrümüzü Ağalıda firavanlıqla yaşamaq istəyirik. Bizə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarıq”.
Doğulub boya-başa çatdığı yerlərə getdiyi üçün çox sevincli olduğunu bildirən M.Həsənova artıq ağrı-acıların bitdiyini, bu gündən yeni həyata qədəm qoyduqlarını vurğulayıb.
Zəngilan rayonunun Ağalı kənd sakini Vüqar Səlimov qeyd edib ki, bu gün ən gözəl və sevincli günlərimizdən biridir: “Çünki uşaqlıq illərimizin keçdiyi Zəngilana qayıdırıq. Kəndimizi görmək üçün çox həyəcanlanıram”.
Zəngilandan ayrılanda 10 yaşı olduğunu bildirən V. Səlimov 41 yaşında otuz illik həsrətinə son qoyulduğunu, arzularının reallaşdığını bildirib.
Doğma yerləri hər zaman böyük həsrətlə xatırladığını bildirən həmsöhbətim artıq o yerlərin düşmən tapdağından azad edildiyini və böyük qürur hissi ilə, təhlükəsizlik şəkildə öz yurdunda yaşamağa, qurub-yaratmağa başlayacağını söyləyib.
Ağalı kənd sakini Zeynəb Alıyeva həm işğal dövrünü, həm də öz hisslərini bu cür ifadə edib: “Ermənilərin təcavüzü nəticəsində Zəngilandan zorla ayrıldığım 1993-cü ili indiki kimi xatırlayıram, çox çətin günlər idi. Bu gün isə yurdumuza qayıdırıq. Allah şəhidlərimizə rəhmət etsin, onların sayəsində torpaqlarımız işğaldan azad olundu”.
Zəngilandan oktyabr ayında ayrıldığını bildirən Z. Alıyeva deyib: “Təxminən otuz ildən sonra eyni ayda- oktyabrda məcburi köçkün düşdüyümüz doğma yerlərə gedirik”.
Qeyd edək ki, evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları-şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma yolu ilə aparılıb. Püşkatma oktyabrın 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib. Yolasalma mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxAsiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15

