Azərbaycan-Mərakeş münasibətləri uğurla inkişaf edir
15.11.2023 [11:20]
N.BAYRAMLI
Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri, Komissiyanın Mərakeş tərəfdən həmsədri Nasser Bourita ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Ceyhun Bayramov və Nasser Bourita arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
İkitərəfli görüşlərdən sonra, Azərbaycan və Mərakeşin aidiyyəti dövlət qurumlarının rəsmilərinin də iştirak etdiyi ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın 2-ci iclası keçirilib. Görüşlər zamanı Azərbaycan ilə Mərakeş arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov ölkəmiz tərəfindən 24 saat ərzində həyata keçirilmiş antiterror tədbirlərini şərtləndirən amillər, xüsusilə öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrindən irəli gələn təhdidlər, mövcud regional vəziyyət və Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində planları barədə məlumat verib.
Sonda enerji, logistika, ətraf mühit sahələri daxil olmaqla, Azərbaycan-Mərakeş ikitərəfli sənədlər, o cümlədən Komissiyanın 2-ci iclasının protokolu imzalanıb.
Daha sonra keçirilmiş brifinqdə nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.
Ceyhun Bayramov həmçinin Mərakeşin Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami ilə görüşüb. Nazir Azərbaycanın Mərakeş ilə hazırkı dostluq və tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edərək, iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivlərinə toxunub və Mərakeş-Azərbaycan dostluq qrupunun və parlamentlərarası əlaqə qrupunun fəaliyyətinin intensivləşdirilməsinin önəmini vurğulayıb.
Səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatasının sədri Naam Miyara ilə də görüşüb. Görüşdə tərəflər Azərbaycan ilə Mərakeş arasında ikitərəfli, habelə çoxtərəfli platformalarda, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq perpektivləri, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Ceyhun Bayramov Mərakeşə rəsmi səfəri çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə də görüşüb. Görüş zamanı Azərbaycan ilə ICESCO arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin mövcud olduğu və ölkəmizin müsəlman ölkələri ilə qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılıb.
Multikulturalizm və tolerantlıq modeli ilə dünyada tanınan ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərinin 2024-cü il üzrə ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” seçildiyi məmnunluqla qeyd edilib. Regionda baş verən son proseslərə toxunan nazir, Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş və cari ilin 19-20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində tam nəzarətimizə qaytarılan ərazilərimizdə Ermənistan tərəfindən mədəni və dini irsimizə böyük ziyan dəydiyini diqqətə çatdırıb.
ICESCO-nun Baş direktoru Salim əl-Malik cari ilin 2-5 oktyabr tarixlərində ölkəmizə təşkil olunan səfərini və səfər çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşləri məmnunluq hissi ilə qeyd edib. ICESCO-nun ölkəmizlə əməkdaşlığa yüksək dəyər verdiyini vurğulayıb.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

