Klassik ədəbiyyatımızın Vazeh zirvəsi
16.11.2023 [09:49]
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin anım günüdür.
Vazeh Şərq poeziyasının çoxəsrlik ənənələrini layiqincə yaşatmış və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən diqqətəlayiq irs qoyub getmişdir. Onun yaradıcılığı Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus mühüm yer tutur.
XIX əsrin birinci yarısında yaşayıb yaratmış Azərbaycan şairi Mirzə Şəfi Vazehin şəxsiyyəti və yaradıcılığı onu Şərq poeziyası klassiklərinin parlaq nümayəndələrindən biri hesab etməyə əsas verir. Görkəmli şair, pedaqoq və maarifçi-filosofun həyat və yaradıcılığına, onun şərq və qərb sivilizasiyalarının müdrikliyini özündə üzvi şəkildə birləşdirən poetik irsinin qeyri-adi taleyinə maraq bu gün də azalmır.
Vazeh 1794-cü il iyunun 14-də Gəncədə, xan sarayında işləyən sadə bənna ailəsində anadan olmuşdur. Erkən yaşlarından poetik sözə böyük həvəsi ilə seçilən Mirzə Şəfi mədrəsədə dinin əsaslarını öyrənmiş, burada təhsilini başa vurandan sonra isə ərəb və fars ədəbiyyatı, Azərbaycan və rus klassiklərinin əsərləri, sufilik fəlsəfəsi ilə dərindən maraqlanmışdır.
Şair öz əsərlərində insan ruhunun əzəmətini, sevgi, həyat eşqi, gözəllik kimi dəyərləri vəsf edirdi. “Züleyxa haqqında” şeirlər silsiləsi buna əyani sübutdur. Vazeh qələminin məhsulu olan “Yusif və Züleyxa”, “Sədi və şah” poemaları, çoxsaylı qəzəlləri, rübailəri, kəskin satira və yumorla dolu aforizmləri o dövr üçün çox cəsarətli nümunələr idi. Vazeh “Kitabi-türki” adlı ilk Azərbaycan dili dərsliyinin müəlliflərindən biri olmuşdur. Lakin şairin yaradıcılığını, onun tədrisə və maarifçiliyə yönəlmiş səylərini xoşlamayan din xadimləri ona güclü təzyiq göstərməyə başladılar və 1840-cı ildə Mirzə Şəfi doğma şəhərini tərk edərək, o vaxt Qafqazın mütərəqqi mədəniyyət, elm və təhsil mərkəzi sayılan Tiflisə köçməyə məcbur oldu.
Ədəbi təxəllüsü Vazeh olan Mirzə Şəfi Tiflis məktəbində mükəmməl bildiyi “nəstəliq” xətti ilə yazıdan, sonra isə şərq dillərindən və ədəbiyyatdan dərs deyirdi. Vazeh Tiflisdə öz evində “Divani-Hikmət” ədəbi məclisi yaratmışdı. O dövrün tanınmış şair, yazıçı və filosoflarının çoxu, o cümlədən Vazehin şagirdi və davamçısı Mirzə Fətəli Axundzadə axşamlar tez-tez bu məclisdə toplaşardılar.
O vaxt Qafqaza gəlmiş alman şairi və şərqşünası Fridrix fon Bodenştedt də sözün həqiqi mənasında mədəniyyət və ədəbiyyat ocağı olan, Qərbi Avropa, rus və Azərbaycan poeziyasını özündə birləşdirən “Divani-Hikmət” məclisinə gəlir, burada Vazehdən fars və Azərbaycan dili dərsləri alırdı. Mirzə Şəfinin bütün şagirdləri öz müəllimlərinin fenomenal yaddaşa, qeyri-adi natiqlik qabiliyyətə, gözəl deklamasiya istedadına malik olmasını, öz sələfləri – şərqin böyük şairləri Nizami, Füzuli, Xaqani, Hafiz, Xəyyam və başqalarının yaradıcılığına hörmət və məhəbbət bəsləməsini qeyd edirdilər. Mirzə Şəfi də öz növbəsində avropalı şagirdləri vasitəsilə Şekspir, Höte, Heyne, Şiller, Bayron kimi böyük söz ustalarının yaradıcılığı ilə tanış olmuşdu.
F.Bodenştedt öz vətəninə qayıdarkən onunla vidalaşan zaman Mirzə Şəfi kalliqrafik xətlə yazılmış şeirlər dəftərini ona hədiyyə etmiş, qədirbilən şagirdi bu şeirləri Almaniyada “Müdriklik açarı” adlı poetik məcmuə şəklində çap etdirəcəyinə söz vermişdi.
Mirzə Şəfi Vazehi “Gəncəli müdrik” adlandıran F.Bodenştedt sözünə əməl etdi və öz müəlliminin şeirlərini alman dilinə tərcümə edərək 1850-ci ildə nəfis tərtibatda kitabını çap etdirdi. Kitabın üz qabığında müəllifin portreti verilmişdi.
“Şərqdə 1001 gün” adlı bu kitab Qərbdə böyük uğur qazandı. Qısa müddətdə Vazehin şeirləri ingilis, fransız, italyan, polyak, macar, rus, ivrit dilinə və başqa dillərə tərcümə edildi. V.Bodenştedtin 1851-ci ildə dərc etdirdiyi “Mirzə Şəfi nəğmələri mahnıları” adlı kitabda tərtibatçı öz müəllimi barədə və onun şeirlərini necə tərcümə etməsi haqda söhbət açır. Həmin dövrdə Veymarda yaşayan rus bəstəkarı Anton Rubinşteyn Mirzə Şəfi Vazehin şeirlərinə bəstələdiyi 12 romansdan ibarət “Fars nəğmələri” adlı vokal silsilə yaratmışdı. Bu romanslardan biri uzun müddət böyük opera ifaçısı Fyodor Şalyapinin repertuarına daxil idi.
Lakin cildində öz portreti olan kitabın ona vəd edilmiş nüsxəsini görmək Mirzə Şəfiyə nəsib olmadı. Ömrü boyu qismətinə düşmüş bədbəxtlik və uğursuzluqlarla barışmaq məcburiyyətində qalmış böyük şair 1852-ci ildə Tiflisdə yoxsulluq və tənhalıq şəraitində dünyasını dəyişdi.
Sahib
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

