Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümunəsi
17.11.2023 [11:30]
Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki mandatı daha bir il uzadılıb
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının noyabrın 17-dən etibarən daha bir il uzadılmasına dair qanun layihəsi Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul olunub. Qanun layihəsi TBMM-ə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilib.
Qeyd edək ki, qanun layihəsində işğal altındakı torpaqlarının azad olunması uğrunda mübarizədə qazandığı uğur və bunun nəticəsində bölgədə yaranan yeni şərtlərlə bağlı Azərbaycanın Ermənistan və Rusiya ilə 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanatda nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi bildirilib. Azərbaycanın bu il sentyabrın 19-20-də həyata keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağdakı qeyri-qanuni separatçı birləşmələrin və onlara bağlı silahlı qrupların fəaliyyətinə tamamilə son qoyulduğunun qeyd edildiyi sənəddə Azərbaycan ilə Ermənistan arasında hələlik sülh razılaşması imzalanaraq məsələnin yekun həllinə gəlinmədiyi diqqətə çatdırılıb.
Qanun layihəsində beynəlxalq hüququn normaları və qanuni suverenlik haqları əsasında ərazi bütövlüyü də daxil olmaqla, bütün hüquqlarını müdafiə edə bilməsi üçün prosesin əvvəlindən etibarən Azərbaycana güclü dəstək verən Türkiyənin bölgədə sülhün və sabitliyin qorunması, möhkəmləndirilməsi və bunun asanlaşdırılması üçün iqtisadi infrastrukturun inşasına mühüm töhfələr verildiyi xatırlanıb.
Eyni zamanda, qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin də xidmət etdiyi Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti uğurla davam edir və Türkiyə Mərkəz vasitəsilə bölgənin təhlükəsizliyinə, eləcə də tərəflər arasında etimadın qurulmasına töhfə verir.
Ümumiyyətlə, Azərbaycan və Türkiyəni tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bugünkü münasibətlərimiz də böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır. Bu gün müstəqil dövlətlər olaraq münasibətlərimiz dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə əsaslanır. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə bu gün ən yüksək zirvədədir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincimiz də, kədərimiz də bir olub.
Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Prezidenti İlham
Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Hər iki ölkənin rəhbəri müxtəlif beynəlxalq tədbirlərdə həmişə bir birimizə birmənalı olaraq qarşılıqlı dəstək verməyin əsl örnəyini nümayiş etdiriblər. Bu il sentyabrın 25-də Türkiyə Prezidentinin ölkəmizə rəsmi səfəri zamanı da bu gerçəklik bir daha təsdiqləndi.
Xatırladaq ki, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi ilə münasibətlərimizin yeni mərhələsi başladı. Şuşa Bəyannaməsi hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək üçün mühüm əhəmiyyət kəsb edib. Prezident İlham Əliyevin dediyi kimi, iki il bundan əvvəl uzun zaman davam edən işğaldan sonra azad edilmiş Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi - müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Dövlətimizin başçısı qeyd edib: “Bu gün bu əlaqələr ən yüksək zirvədədir və biz indi bütün istiqamətlər üzrə əlaqələrimizin çox fəal dövrünü yaşayırıq”. Rəcəb Tayyib Ərdoğan isə qeyd edib ki, Türkiyə-Azərbaycan əlaqələri dünyada bənzəri olmayan müstəsna səviyyədədir: “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk. İlham qardaşımla imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən dönüş nöqtəsidir”.
30 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə 44 günlük erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin dövlət strukturları, bütün xalqı Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. İqtidar və müxalifət partiyalarını təmsil etməsindən asılı olmayaraq bütün siyasi qüvvələr də Azərbaycanın yanında oldular. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bu amil bizim qələbə qazanmağımıza çox böyük təsir göstərdi. Bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının bir daha şahidi oldu.
Bu il sentyabr ayında ordumuzun Qarabağ ərazisində keçirdiyi lokal antiterror tədbirləri zamanı da Türkiyə birmənalı olaraq dövlətimizə dəstək verdi. Antiterror tədbirlərinin başladığı gün Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, “Biz Ermənistandan başda Zəngəzur koridorunun açılması olmaqla, verdiyi sözləri yerinə yetirməsini gözləyirik. Artıq hər kəsin qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır və bundan başqa bir status qəbul edilməyəcək”.
Eyni zamanda, Azərbaycanla Türkiyə hərbi sahədə də fəal əməkdaşlıq edir. Azərbaycanın ordu quruculuğunda qardaş ölkənin təcrübəsi geniş şəkildə tətbiq olunur. Eləcə də davamlı olaraq birgə hərbi təlimlərin keçirilməsi də bu yöndə vacib addımlardan biridir. Bütün bunların fonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində türk hərbçilərinin təmsilçiliyi mühüm amillər sırasındadır. 2021-ci il yanvarın 30-da fəaliyyətə başlayan mərkəzdə qardaş türk hərbçiləri vəzifələrini uğurla yerinə yetirirlər. TBMM-nin qəbul etdiyi sözügedən qərar bu baxımdan böyük əhəmiyyət kəsb edir.
NARDAR
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

