Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İstanbula ilin ilk qarı yağıb

İstanbula ilin ilk qarı yağıb

19.11.2023 [11:23]

Noyabrın 19-da İstanbulun bəzi rayonlarına ilin ilk qarı yağıb.

Türkiyənin bəzi bölgələrində anidən dəyişən hava şəraiti səbəbindən İstanbulda temperatur mənfi düşüb. Artıq iki gündür şəhərdə yağan leysan və güclü küləyin ardından, gecə saatlarından etibarən qar yağmağa başlayıb. Qar əsasən Ümraniye, Beykoz, Çekmeköy, Üsküdar ve Kartal bölgələrinin yüksək hissələrində daha çox düşüb. 

Ümumiyyətlə, Türkiyənin əksər bölgələrinə yağan qar bəzi çətinliklərə də səbəb olub. Belə ki, bəzi bölgələrdə yollar buz bağlayıb, avtomobillərin görüş məsafəsi 30 metrədək azalıb. 

Qeyd edək ki, son bir neçə ildir dünyada yaşanan iqlim dəyişikliyi Türkiyədə, xüsusilə ölkənin Mərmərə bölgəsində hava temperaturunun mövsüm normalarından yüksək olması və yağıntının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Bu da quraqlıqla nəticələnib. Son bir ayın hesablamalarına görə, İstanbulun böyük qismini içməli su ilə təmin edən əsas hövzələrin bəzilərində doluluq səviyyəsi 3 faizədək azalıb.

Paylaş:
Baxılıb: 697 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30