Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qəsdən adam öldürməkdə ittiham olunan şəxs həbs olunub

Qəsdən adam öldürməkdə ittiham olunan şəxs həbs olunub

22.11.2023 [12:47]

Bir şəxsi qəsdən öldürməkdə, bir şəxsi isə qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində ibtidai istintaq yekunlaşıb.

Kürdəmir rayon prokurorluğundan  verilən məlumata görə, Kürdəmir rayon sakini 1977-ci il təvəllüdlü Müşfiq Məmmədovun cari il iyun ayının 10-da qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Cümşüd İslamovun qanunsuz olaraq əldə edib üzərində daşıdığı odlu silahdan Kürdəmir şəhərinin 69-cu məhəlləsi ərazisində atəş açması və xuliqanlıq niyyəti ilə tanışı Müşfiq Məmmədovu onun oğlu Fərid Məmmədovun gözü qarşısında qəsdən öldürməsinə, sonuncuya isə atası Müşfiq Məmmədovun gözü qarşısında atəş açmaqla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Cümşüd İslamova Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə ittiham elan olunmaqla, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Paylaş:
Baxılıb: 575 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30