Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Kimlər qızılca əleyhinə peyvəndlənməyəcək?

Kimlər qızılca əleyhinə peyvəndlənməyəcək?

01.12.2023 [14:53]

“Qızılcaya yoluxan şəxslərlə təmasda olanlar əvvəllər bu xəstəliyi keçiribsə, eyni zamanda iki doz peyvənd vurdurubsa, onun yenidən vaksin olunmasına ehtiyac yoxdur”.

Bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.

Onun sözlərinə görə, xəstəliyə yoluxan şəxslə təmasda olanın xəstəliyi keçirmədiyinə dair sübutu yoxdursa və heç vaxt peyvənd vurdurmayıbsa, vaksinasiya üçün müraciəti tövsiyə edilir: “Həmin şəxs təmasdan sonra ilk 72 saat ərzində peyvənd vurdurmalıdır. Peyvəndlər orta tibb ixtisası olan şəxslər tərəfindən vurdurulmalıdır”.

T.İbrahimova xatırladıb ki, TƏBİB-in tabeliyində olan xəstəxanalarda qızılca ilə əlaqəli yatan şəxslərin stasionar müalicəsi icbari tibbi sığorta çərçivəsində ödənişsiz həyata keçirilir: "Bütün peyvəndlər istehsalçı ölkələrin tövsiyəsinə uyğun şəraitdə saxlanılır və narahatlıq üçün heç bir əsas yoxdur".

"Hamilələr və yanaşı xəstəliyi olanlar üçün qızılca əleyhinə peyvənd vurulması əks göstərişdir”, deyə o, bildirib.

Paylaş:
Baxılıb: 643 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30