Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qarabağ Universitetində turizm ixtisası tədris ediləcək

Qarabağ Universitetində turizm ixtisası tədris ediləcək

04.12.2023 [11:11]

Azərbaycanda daha bir ali təhsil müəssisəsində turizm ixtisası tədris ediləcək.

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən İƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin I görüşündə bildirib.

"Hazırda agentliyin tabeliyində 3 turizm təhsili ocağı - universitet, kollec və peşə məktəbi var. Yeni yaradılan Qarabağ Universitetində də turizm ixtisası tədris ediləcək", - deyə F.Nağıyev qeyd edib.

Hazırda Azərbaycanda turizm sahəsində on minlərlə insanın çalışdığını bildirən agentlik sədri turizm sektorunda yüksək ixtisaslı, yaxşı təlim keçmiş və bacarıqlı kadrlara hər zaman tələbat olduğunu əlavə edib: “Turizm təhsilinin əsas məqsədi də turizmin bütün alt sahələri üçün lazımi bilik və bacarıqlara malik insan kapitalını təmin etməkdir. Bugünkü görüş turizm təhsili verən yerli və xarici ali təhsil ocaqlarının bilik və təcrübə mübadiləsinin aparılması baxımından vacib görüşdür", - deyə F.Nağıyev əlavə edib.

Paylaş:
Baxılıb: 650 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30