Terrorçuluğun qarşısının alınması ilə əlaqədar AŞ-nin Konvensiyasına Əlavə Protokol təsdiqlənib
30.12.2023 [11:58]
Milli Məclis Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına (196 saylı) Əlavə Protokolu təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ parlamentin dekabrın 30-da keçirilən payız sessiyasının sonuncu iclasının gündəliyinə daxil edilib.
32 maddədən ibarət olan Konvensiyaya Əlavə Protokolun əsas məqsədi sənəddə təsvir olunan əməllərə görə cinayət məsuliyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar əlavələr etmək və bununla da, həm milli səviyyədə, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində görüləcək tədbirlər vasitəsilə insan hüquqlarının, xüsusilə də yaşamaq hüququnun tam həyata keçirilməsində terrorçuluğun və onunu mənfi təsirlərinin qarşısının alınmasına yönəlmiş fəaliyyəti dəstəkləməkdir.
Əlavə Protokol aşağıdakı əməllərin cinayət məsuliyyətini nəzərdə tutur və məsuliyyətin əhatə dairəsini genişləndirir:
- terrorçuluq məqsədilə birlik və ya qrupda iştirak (maddə 2),
- terrorçuluq təlimi alma (maddə 3),
- terrorçuluq məqsədilə ölkə xaricinə səfər etmə və ya səyahətə cəhd etmə (maddə 4),
- belə səfərlər üçün vəsaitin təmin edilməsi və ya toplanması (maddə 5),
- belə səfərlərin təşkili və asanlaşdırılması (maddə 6).
Bu maddələr 196 saylı Konvensiya ilə artıq əhatə olunanlardan kənara çıxan digər hazırlıq xarakterli əməllərə (ictimai təxribat, təlimin təmin edilməsi və terrorçuluğa cəlb edilməsi) görə məsuliyyətin əhatə dairəsini genişləndirir.
Əlavə Protokol vasitəsilə bu Konvensiyaya "Terror aktları nəticəsində beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər” haqqında BMT Təhlükəsizlik Şurasının 2178 saylı (2014) qətnaməsi nəzərə alınmaqla, xarici terrorçu döyüşçülərin münaqişə zonalarına axınının qarşısını almaq və cilovlamaq məqsədi daşıyan tədbirlərin həyata keçirilməsinə yönəlmiş bir sıra müddəalar əlavə edilir.
Əlavə Protokola əsasən, terrorçuluq məqsədilə ölkə xaricinə səfər edən şəxslər haqqında mövcud məlumat mübadiləsininin vaxtında və sürətli təmin edilməsi üçün Tərəflər 7/24 fəaliyyət göstərən əlaqə məntəqəsi təyin edirlər. Azərbaycan Respublikasına münasibətdə, Əlavə Protokolun 7-ci maddəsinə müvafiq olaraq, əlaqə məntəqəsi qismində Dövlət Təhlükəsizlik Xidməti təyin olunur. AŞ Baş Katibliyinə ünvanlanmış bəyanatda dövlətimiz tərəfindən təyin olunmuş əlaqə məntəqəsinin əlaqə məlumatları qeyd edilir. Bəyanatda, həmçinin, Əlavə Protokolun müddəalarının Ermənistan Respublikası ilə münaqişənin nəticələri tamamilə aradan qaldırılana və hər iki dövlət arasında münasibətlər normallaşana qədər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcəyi qeyd olunub.
Əlavə Protokol Avropa Şurasının üzvü olan ən azı 4 dövlət də daxil olmaqla, altıncı dövlətin ratifikasiya, qəbuletmə və ya təsdiqetmə barədə sənədinin saxlanca (Avropa Şurasının Baş Katibliyi) təhvil verildiyi tarixdən üç ay keçdikdən sonra növbəti ayın birinci günü (2017-ci il 1 iyul) qüvvəyə minir. Qüvvəyə mindikdən sonra Konvensiyaya qoşulan istənilən dövlət bu Protokola qoşula bilər. Eyni zamanda, istənilən vaxt bu Protokol denonsasiya edilə bilər. Əlavə olaraq, Konvensiyanın denonsasiyası avtomatik olaraq bu Protokolun da denonsasiyasına səbəb olur.
Protokol hər iki mətn bərabər autentik olmaqla ingilis və fransız dillərində bir nüsxədə imzalanıb.
Qeyd edək ki, Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına (196 saylı) Əlavə Protokol 2015-ci il oktyabrın 22-də Riqa şəhərində imzalanıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq birdəfəyə qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

