Zəngəzur dəhlizində sərhəd-gömrük rejimi barədə Azərbaycanın yeni mövqeyi ifadə edildi...
07.01.2024 [11:35]
Zəngəzur dəhlizində hərəkət və daşınmalara sərhəd-gömrük nəzarəti ilə bağlı Azərbaycanın prinsipial mövqeyi son reallıqlara uyğun olaraq yenilənir və təkmilləşdirilir.
Bu fikirləri “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev özünün Facebook səhifəsində yazıb. yeniazerbaycan.com paylaşımı təqdim edir:
“Məlumdur ki, bu məsələyə Azərbaycanın yanaşmasının əsaslarını hələ xeyli əvvəllər Prezident İlham Əliyev ifadə etmişdi. 10 noyabr 2020- ci il sənədinin imzalanmasından sonrakı ilk vaxtlarda Ermənistan " dəhliz" anlayışını yaxına buraxmırdı. Tədricən bu ifadə beynəlxalq diplomatik leksikona daxil olandan sonra Ermənistan onu qəbul etməsə də, gözü- qulağı bu ifadəyə alışdı. Daha sonra Ermənistan dəhlizdə sərhəd-gömrük rejiminin necə olacağı ilə bağlı mübahisələr açdı. Həmin vaxt Azərbaycan Prezidenti mübahisələrə tam aydınlıq gətirən belə bir baxış ortaya qoydu: "Laçın yolunda hansı rejim olacaqsa, Zəngəzur dəhlizində də həmin rejim qüvvədə olacaq. Təbii ki , Ermənistan bununla da razılaşmadı, çünki onun strategiyası ümumiyyətlə heç nə ilə razılaşmamaq və bu yolla normallaşma prosesini uzatmaqdır. Lakin İlham Əliyevin yanaşması mövcud mübahisədən ən asan çıxış imkanları təklif edən variantdır. Azərbaycanın bu mövqeyi ötən il aprelin 23-də Laçın yolunda KPP qurulmasından və separatizm yuvasını məhv edən antiterror tədbirlərindən əvvəl ifadə edilmişdir. Hazırda separatizm yuvası yoxdur, ermənilər Qarabağdan öz xoşları ilə köçüb gediblər, Qarabağla Yerevanı bağlayan Laçın yolu artıq bu təyinatla işləmir, Xankəndi ilə Ermənistanın birbaşa humanitar və logistik əlaqəsinə də ehtiyac qalmayıb. Bu o deməkdir ki, Zəngəzur dəhlizində sərhəd-gömrük nəzarətinin məzmununu yeni reallığa uyğun dəyişməliyik, çünki onu müqayisə edə biləcəyimiz alternativ, yəni Xankəndidən Yerevana birbaşa "Laçın yolu" yoxdur. Bundan sonra deyə bilmərik ki, "Laçın yolunda hansı rejim olacaqsa, Zəngəzur dəhlizində də o rejim olacaq".
İndi Zəngəzur dəhlizində sərhəd-gömrük rejimi ilə bağlı yeni baxışlar olmalıdır.
Bu istiqamətdə də perspektivli təşəbbüskarlığı ilk olaraq Azərbaycan göstərdi. Məlumdur ki, dəhlizdə avtomobillərin, yüklərin və insanların təhlükəsizliyi 10 noyabr sənədi ilə Rusiya FSB- nin Sərhəd qoşunlarına həvalə edilib. Lakin həmin sənəddə sərhəd-gömrük nəzarətinin mexanizmi müəyyən edilməyib, bu səbəbdən yeni gömrük-sərhəd mexanizminin müəyyən edilməsinə böyük ehtiyac duyulur. Hikmət Hacıyevin bu günlərdə BBS- yə müsahibəsində ifadə etdiyi mövqe əslində Prezident İlham Əliyevin Zəngəzur dəhlizində sərhəd-gömrük rejimi ilə bağlı yeni baxışları kimi qəbul edilməlidir.
"Zəngəzur dəhlizi ilə Azərbaycanın böyük hissəsindən Naxçıvana doğru hərəkət Ermənistanın sərhəd-gömrük nəzarətindən kənarda qalmalıdır, Naxçıvan üzərindən üçüncü ölkələrə daşımalar üzərində isə Ermənistanın sərhəd- gömrük nəzarəti ola bilər " .
Hikmət Hacıyevin Prezidentin adından ifadə etdiyi mövqenin mahiyyəti bundan ibarətdir... Bir sözlə, Zəngəzur dəhlizi ilə Naxçıvana daşınacaq yüklərin və avtomobillərin üzərində Ermənistanın sərhəd-gömrük yoxlamaları qəbuledilməzdir. Bu, dəhlizin sərhəd- gömrük rejimi ilə bağlı Azərbaycanın ən son reallıqlara uyğun konkret və perspektivli mövqeyidir.
Həm də Azərbaycan bununla Zəngəzur dəhlizi ilə bağlı daha konstruktiv mövqeyə qayıtmaq üçün Ermənistana daha bir ( bəlkə də son) şans verir...
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

