Qalib xalqın seçimi qalib Lider İlham Əliyev olacaq!
24.01.2024 [15:44]
Aqiyə Naxçıvanlı,
Milli Məclisin deputatı
Bu gün Azərbaycan sözün əsl mənasında müstəqil, azad və demokratik bir ölkədir. 2020-ci ildə 30 il davam edən işğala son qoyduqdan sonra Azərbaycanın tezliklə özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəcəyi artıq heç kimdə şübhə doğurmurdu. Bu, xalqımızın səbirsizliklə və həyəcanla gözlədiyi hadisə idi. Ötən il bu gözləntilər reallığa çevrildi.
2023-cü ilin aprel ayında Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması, həmin ilin sentyabr ayında keçirilmiş və cəmi bir sutkadan az davam edən lokal antiterror əməliyyatı tarixi əhəmiyyət kəsb edir. Azərbaycan bu parlaq Zəfərlərin siyasi-iqtisadi bazasının yaradılmasına və onların reallaşdırılmasına xeyli güc sərf edib. Dövlətimiz əldə etdiyi tarixi qələbələrə, dünya birliyində hazırda sahib olduğu mövqeyə və yüksək inkişaf səviyyəsinə əsasən Prezident İlham Əliyevin müstəsna əzmkarlığı, fədakarlığı və xalq-iqtidar birliyi sayəsində nail olub.
Məhz Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, dünya siyasi arenasında yüksək nüfuzu, müdrikliyi, uzaqgörənliyi, diplomatik məharəti, yüksək sərkərdəlik qabiliyyəti və bütün hallarda yalnız ümumxalq mənafelərini üstün tutması Ulu Öndər Heydər Əliyevin qurduğu müasir müstəqil Azərbaycanımızın bugünkü uğurlarına möhkəm zəmin yaradaraq onları reallaşdırdı. 20 il bundan öncə mövcud olan vəziyyətlə müqayisədə Azərbaycan bir çox ölkələrin bəlkə də 50-60 ilə qət edə bilməyəcəyi möhtəşəm inkişaf yolu keçib. Ölkəmizdə səhiyyə, təhsil, sosial sahələrdə əldə olunan uğurlar, iqtisadiyyatımızın inkişaf dinamikası, insanların rifah səviyyəsinin durmadan artması, əhalinin aztəminatlı hissəsinə, xüsusən də şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən böyük qayğı birbaşa Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili siyasətin nəticələrinin bir hissəsidir.
Bu gün Azərbaycan xalqı sözün əsl mənasında tam təhlükəsiz şəraitdə yaşayır. İstər ölkə daxilində ictimai-siyasi sabitliyin tam təmin olunması, istərsə də yarana biləcək xarici təhdidlərin qarşısını vaxtında və qətiyyətlə almağa qadir olan ordumuzun və digər güc strukturlarının uğurlu fəaliyyəti dövlətimizin təhlükəsizliyini etibarlı şəkildə təmin edir. Azərbaycanın beynəlxalq nüfuzu sadəcə Avropanın enerjiyə olan tələbatını ödəməklə əldə olunmur. Bu nüfuz ilk növbədə Azərbaycan Prezidentinin xarici qüvvələrin ölkəmizə qarşı istənilən qərəzli mövqedən olan hücumlarına dərhal və qətiyyətlə cavab verməsi, lazım gəldikdə isə ən böyük beynəlxalq təsisatlara uğurla rəhbərlik edə biləcəyini sübuta yetirməsi ilə əldə olunur. Məhz dövlət başçımızın sayəsində Azərbaycan dünyada yüksək nüfuza malik ölkəyə, etibarlı tərəfdaşa və regionun siyasi-iqtisadi və mədəni mərkəzinə çevrilib.
Əlbəttə ki, qədirbilən Azərbaycan xalqı bütün bunları düzgün və yüksək qiymətləndirir. Xalqımız öz alternativsiz Liderinə sonsuz inamını bir daha nümayiş etdirəcək və məhz parlaq gələcəyə doğru addımlamaq üçün yenidən cənab İlham Əliyevə etimad göstərəcək.
Qalib xalqın seçimi məhz cənab İlham Əliyev olacaq!
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25

