Erməni vandallığı…
01.02.2024 [10:52]
“Kislovodsk-Bakı” qatarındakı terrordan 30 il ötür
Yeganə BAYRAMOVA
Xalqımız müxtəlif zamanlarda ermənilər tərəfindən törədilən terror aktlarının acı nəticələrini yaşayıb. Erməni terrorunun heç vaxt konkret hədəfi olmayıb. Bu hədəfdə qadın, kişi, uşaq, yaşlı, ümumiyyətlə, kimliyindən asılı olmayaraq hər bir azərbaycanlı olub. Bu gün dünyada sülhü və təhlükəsizliyi əsas götürən bütün ölkələrin gündəmindəki mühüm məqamlardan biri terrorçuluğa və beynəlxalq terrorizmə qarşı mübarizə təşkil edir.
1980-cı illərdən başlayaraq Ermənistanın və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terror təşkilatlarının xalqımıza qarşı terror aksiyaları total xarakter alıb. Ümumilikdə götürsək, qanlı aksiyaları müxtəlif sahələr üzrə təsnifatlaşdıra bilərik: sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, hava nəqliyyatında, Bakı metropolitenində, sərnişin daşıyan dəniz bərəsində, mülki şəxslərə və hərbçilərə, həmçinin mülki və dövlət obyektlərinə qarşı törədilmiş terror aktları.
5 ildə 373 terror…
1989-1994-cü illər ərzində Qarabağda erməni terrorçuları tərəfindən nəqliyyatda 29 böyük terror aktı törədilib, 2 mülki vertolyot və təyyarə vurulub.
1988-1994-cü illər ərzində Qarabağda ermənilər tərəfindən 2559 toqquşma, 315 silahlı basqın, 1388 dəfə atəşə tutma hallar qeydə alınıb. Bunların nəticəsində 514 nəfər həlak olub, 1318 nəfər yaralanıb. Erməni silahlı dəstələri həmin müddətdə Qarabağda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrində 119 obyekt və 1134 yaşayış evini dağıdıb və yandırıb. 6 sərnişin avtobusu, bir neçə sərnişin qatarı partladılıb, körpülərə hücumlar təşkil edilib.
1988-1993-cü illərdə terror və soyqırımı siyasəti yenidən Ermənistan tərəfindən Azərbaycan ərazilərində ümumilikdə müxtəlif səpkili 373 terror aktı törədilib ki, nəticədə 1200 nəfər həlak olub, 1705 nəfər yaralanıb.
30 il əvvəl bu gün…
Bu gün - fevralın 1-də məhz belə bir terror aktının baş verməsindən 30 il ötür. Belə ki, 1 fevral 1994-cü ildə Bakı Dəmiryolu Vağzalında “Kislovodsk-Bakı” sərnişin qatarında terror aktı törədilib. Terror nəticəsində, 3 nəfər həlak olub, 20 nəfər yaralanıb.
Xatırladaq ki, 1993-cü ilin fevral ayında Qudermes stansiyası yaxınlığında “Kislovodsk-Bakı” qatarı, iyun ayında isə Bakı Dəmiryol vağzalında ehtiyat yolda dayanan sərnişin qatarının vaqonu partladılmışdı. İkinci terror aktında insan tələfatı olmasa da, birinci akt nəticəsində 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdı.
1994-cü ildə ermənilər tərəfindən yenidən partladılan sərnişin qatarlarının sayı 3-ə çatmışdı. Fevral ayında yenə Bakı şəhərində “Kislovodsk-Bakı” sərnişin qatarı ilə yanaşı, Xudatda dəmiryolu vaqonu, aprel ayında isə Dağıstan ərazisində “Moskva-Bakı” sərnişin qatarının partladılması nəticəsində 9 nəfər həlak olmuş, 20-dən çoxu yaralanmışdı.
Rəsmi məlumatlara əsasən, təkcə 1990-cı illərdə ermənilərin törətdiyi terror aktları nəticəsində 2 min nəfərə qədər azərbaycanlı həlak olub. Bütün bunlar Ermənistanın dövlət səviyyəsində terrorla məşğul olduğunu, daha doğrusu, bir terror dövləti olduğunu bütün çılpaqlığı ilə ortaya qoyur. Çünki xalqımıza qarşı həyata keçirilən terror aksiyalarının böyük bir hissəsinin arxasında məhz Ermənistan dövlətinin durduğu, bu işğalçı ölkənin əsas fəaliyyətinin məhz terrorizmə əsaslandığı kimsəyə sirr deyil. Bu isə onu deməyə əsas verir ki, əslində Ermənistan dövləti, hakimiyyəti və erməni cəmiyyətinin müxtəlif təbəqələri terrordan, günahsız insanların qanının axıdılmasından “mənəvi qida” alıb. Hər halda hələ Azərbaycan torpaqları hesabına Ermənistan adlı dövlət yaradılmazdan öncə ermənilərin zaman-zaman müxtəlif qanlı aksiyalarda baş rolda iştirak etməsi, həmçinin erməni din xadımlərinin bu və ya digər şəkildə qanlı aksiyaları dəstəkləməsi və hətta erməniləri buna sövq etməsi belə deməyə əsas verir.
Beynəlxalq təşkilatlar gec də olsa addım atmalıdırlar…
Göründüyü kimi, ermənilər müxtəlif zamanlarda azərbaycanlılara qarşı amansız terror aktları törədib. Maraqlısı budur ki, beynəlxalq təşkilatlar həmişə erməni vandalizmlərini görməməzlikdən gəlib. Gec də olsa, beynəlxalq təşkilatlar və dünya birliyi erməni terrorizminin qarşısını almaqda qətiyyətli addımlar atmalıdır. Çünki tarixi hadisələr də sübut edir ki, heç bir ölkə terrordan sığortalanmayıb.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

