"Fast-food" qidalar hansı fəsadlara yol açır?
28.02.2024 [13:00]
"Fast-food" tipli yeməklər gündəlik qida rasionumuzun ayrılmaz hissəsinə çevrilib. Bu qidaların mütəmadi qəbulu sağlamlıq üçün ciddi fəsadlar yarada bilər.
Aparılan araşdırmalar “fast-food” qidaların başda piylənmə, hipertoniya, diabet, ürək-damar xəstəlikləri olmaqla bir çox xəstəliyin əsas səbəbkarı olduğunu ortaya çıxarır.
“Fast-food” "sürətli qida" olaraq tərcümə olunur, sürətli və asan bir şəkildə hazırlanıb qısa müddətdə yeməyə hazır hala gələn qidalanma tərzidir. Qeyd edək ki, dünyanın bütün ölkələrində "fast-food" tez hazırlanan ucuz qida kimi tanınır. İnsanlar bu qidaya təkcə ucuzluğuna görə deyil, həm də dadına görə üstünlük verirlər.
Fast food qidaların tərkibində çoxlu heyvani yağlar var ki, bu da artıq çəkiyə səbəb olmaqla yanaşı, ürəyə mənfi təsir göstərir.
Həkim-dietoloq Ləman Süleymanova "Yeni Azərbaycan" qəzetinə açıqlamasında bildirir ki, statistik araşdırmalara görə son 2/3 il ərzində "Fast-food" qidalara meyillilik daha da artıb: "Müasir zəmanəmizin ən qlobal problemlərdən biri də insanların" fast-food" qidalara həddindən artıq meyilli olmalarıdır. Bu hallar böyüklərdə və uşaqlarda daha çox müşahidə olunur. Bəzən olur ki, həmin yeməklər insanlarda alışqanlıq yaradır. Yəni aclıq hiss edəndə beyində ancaq həmin qidalar canlanır. Onu da bildirim ki, "fast-food" yeməklərin həm də narkotik təsiri var. Belə qidalar insanda ləzzət hormonunu aktivləşdirir və bir müddət sonra piylənməyə, mədə-bağırsaq sistemində problemlərə gətirib çıxardır. Eyni zamanda qızardılmış kartofun tərkibində xərçəng əmələ gətirən maddələr mövcuddur. Əgər bir hamilə ana bu kimi qidalara meyilli olarsa uşaqda doğulandan sonra genetik kodların passivləşməsi baş verir. Ana belə qidalara meyilli olduqda uşaq da həmin qidalara meyilli olur".
Mütəxəssislər onu da bildirirlər ki, əgər belə qidalardan istifadə olunacaqsa mütləq şəkildə ev şəraitində hazırlanmalıdır.
"Fast-food” ilə əlaqəli olan digər bir sağlamlıq problem isə sonsuzluqdur. Uzun müddət fast-food qəbulu nəticəsində orqanizmə yığılan yağların və ftalatların reproduktiv pozuntulara səbəb olduğu bildirilir.
“Fast-food” dedikdə ağlımıza sadəcə hamburqer və kartof fri kimi qidalar gəlsə də, onlarla bərabər qazlı içkilər də bu sinifə daxildir. Qazlı içkilərin əksəriyyətində “fast-food” qidalardan daha çox şəkər mövcuddur. Çox şəkər isə daha çox yemək yeməyimizə və uzun müddətdə şəkərdən asılı olmağa gətirib çıxarır. Şəkərlə birlikdə qəbul etdiyimiz kalori də beynimizin mükafat sistemini işə salır. Mükafat sistemi beynimiz tərəfindən yaradılan və müəyyən vəziyyətləri həzz hissi ilə əlaqələndirməyimizə imkan verən bir mexanizmdir. Yemək yemə və ya cinsi ehtiyacımızı qarşılayarkən bu mükafat sistemi işə düşür və dopamin adlı kimyəvi bir maddə ifraz edir. Biz də bu ifrazı “zövq” olaraq qəbul edirik.
Qida üzrə ekspert Asim Vəli qəzetimizə açıqlamasında bildirir ki,
“Fast-food”ların ən məşhurları tost, kumpir, dönər, dürüm, kartof çipsi, pidə, lahmacun, hamburqer, toyuq naget, fri kartof, pizza, hotdoq və s. qidalardır: "Bu qidalar kalori baxımından yüksək olduğu və müxtəlif kimyəvi qatqı maddələri qatıldığı üçün xəstəliklərə gətirib çıxarır. Məsələn bir yeməkdə orta ölçüdə" fast-food" restoran şəbəkəsi menyusu ilə biz gündəlik kalori ehtiyacımızın yarısından çoxunu qarşılayırıq. Digər yeməklərdə bu şəkildə qidalandıqda kalori artır. Artıq kalori isə piylənməyə səbəb olur. Bu durum ürək-damar xəstəlikləri, böyrək problemləri, tip 2 diabet, qaraciyər xəstəlikləri kimi bir çox sağlamlıq problemlərini ortaya çıxarır.
“Fast-food”larda asılılıq yaradan əsas kimyəvi qatqı maddələrdən biri də “mononatrium qlutamat”dır ki, bu maddə də dad reseptorlarını işə salaraq həmin qidalardan daha çox ləzzət almağımıza səbəb olur.
Digər bir xəstəlik səbəbi natriumdur. Sağlam insan üçün gündəlik natrium qəbul miqdarı 2300 mq-dır. Orta ölçülü bir “fast-food” menyusu yedikdə 1325 mq natrium qəbul edirik. Bu gündəlik ehtiyacın yarıdan çoxuna bərabərdir. Natrium çox qəbul etdikdə hipertoniya və ürək-damar xəstəliklərinə səbəb olur.
Ürək-damar xəstəliklərinin səbəb olduğu ölümlərin 10-da 1-i natriumdan qaynaqlanır. Hər 2290 mq natrium ilə təxminən 40 mq kalsium itkisi baş verir. Gündə 40 mq kalsium itkisi 10 ildə 10 faiz sümük itkisi ilə nəticələnə bilir. Bu gediş sonrakı yaş dövründə osteoporoz dediyimiz sümük xəstəliyinə gətirib çıxarır.
Həmçinin aparılan araşdırmalar göstərir ki, daha çox "fast-food” istehlak edən insanlar depressiyaya meyilli olduğunu, eyni zamanda daha depressiv insanların daha çox fast-food istehlak etdiyini ortaya çıxarır".
"Fast-food" restoranlar şəbəkəsində bizə təqdim olunan burgerlər çox duz, aroma verici qatqı maddələri, çox miqdarda trans və doymuş yağlar ehtiva edir. Həmçinin asılılıq yaratmaq üçün mononatrium qlutamat və başqa qatqı maddələri də əlavə olunur. Bütün bunları nəzərə alaraq “fast-food” qidalar əvəzinə təbii, ev üsulu hazırlanmış qidalarla qidalanmaq, qazlı içkilər əvəzinə təmiz su içmək, həmçinin mövsümi meyvə və tərəvəzlə qidalanmaq daha faydalıdır.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxAnalitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43

