Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Malidə avtobus qəzası nəticəsində 31 nəfər ölüb

Malidə avtobus qəzası nəticəsində 31 nəfər ölüb

28.02.2024 [14:59]

Malinin cənub-şərqində avtobusun qəzaya uğraması nəticəsində azı 31 nəfər həlak olub.

İlkin məlumata görə, avtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi körpüdən aşıb. Nəqliyyat Nazirliyi qəza nəticəsində, həmçinin on nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib. Həkimlər onlardan bəzilərinin vəziyyətini ağır qiymətləndirir.

Malidə avtomobillərin və yolların vəziyyətinin acınacaqlı olması tez-tez ağır yol-nəqliyyat hadisələrinə səbəb olur. Fevralın əvvəlində ölkənin mərkəzi hissəsində avtobusun yük maşını ilə toqquşması 15 nəfərin ölümü və 46 nəfərin yaralanması ilə nəticələnmişdi.

Paylaş:
Baxılıb: 595 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30