Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İnfeksionist qızılcaya xas olan əlamətləri açıqlayıb

İnfeksionist qızılcaya xas olan əlamətləri açıqlayıb

28.02.2024 [15:16]

Qızılcanı digər xəstəliklərdən fərqləndirən əsas faktor mərhələli səpkilərin olmasıdır.

Bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi- Tədqiqat Pediatriya İnstitutunun infeksionisti Səbinə Cəfərova qızılca ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, səpkidən əvvəl yanaqda, damaqların selikli qişasında ağ ləkələr əmələ gəlir və bu əlamət ancaq qızılcaya məxsusdur: “Ardınca mərhələli səpkilər başlayır. Belə ki, ilk növbədə səpki üzdə, ardınca qulaq arxasında, qollarda, sinə və aşağı ətraflara yayılır. Piqmentasiya dövrü də səpki ardıcıllığı kimi baş verir”.

“Qızılcaya yoluxan şəxslərdə 1 həftə ərzində sağalma gedir. Öskürən uşaqlarda proses 10 gün çəkə bilər. Həmçinin karantin müddəti adətən 5 gün, ağırlaşma olanda isə 10 gün çəkə bilər. Bağça və ya azyaşlı məktəblilər 17-21 gün kollektivə buraxılmamalıdır”, - infeksionist əlavə edib.

S.Cəfərova eyni zamanda qızılcaya qarşı ən effektiv üsulun peyvəndləmə olduğunu diqqətə çatdırıb: “Peyvənd iki doza – 1 və 6 yaşlarında vurulmaldıır”.

Paylaş:
Baxılıb: 548 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30