Daha 24 ailə...
29.02.2024 [10:27]
Laçına qayıdış davam edir
Yeganə BAYRAMOVA
Vaxtilə paytaxta qəm-qüssə içində, ümidsiz şəkildə gələn soydaşlarımız, bu gün doğma yurda, elə-obaya sevinc göz yaşları içində qayıdır. Artıq 30 illik işğal dövrü arxada qalıb. 2020-ci il 27 sentyabr tarixindən başlayan Vətən müharibəsi cəmi 44 günə qəlbimizdə köz bağlayan yurd həsrətinə son qoydu. İndi işğaldan azad olunmuş bütün ərazilərimizdə yeni həyatın təməli qoyulur. Daha vaxtilə qaçqın, məcburi köçkün deyilən status da yoxdur. Hamı bir-birini öz ünvanı, kəndi-kəsəyi ilə çağırır. Köhnə məhlələrin yeni siması yaranır. Qədim yurd yerlərimiz müasir görkəmə salınır. Hər yanda tikinti-quruculuq işləri aparılır. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma torpaqlarına qısa zamanda qayıtması istiqamətində bütün imkanlar səfərbər edilir.
89 nəfər Laçına qayıtdı...
Möhtəşəm Zəfərimiz sayəsində Qarabağa, Şərqi Zəngəzura sarı yol alanlardan biri də Laçın sakinləridir. Fevralın 28-də növbəti köç karvanı Laçın şəhərinə yola düşüb. Belə ki, daha 24 ailə - 89 nəfər Laçına qayıdıb. İndiyədək Laçın şəhərinə 672 ailənin, yəni 2513 nəfərin daimi məskunlaşması təmin edilib.
Doğma yurdun yerini heç nə vermir!
Doğma yurda qayıdan Laçınlılar olduqca xoşbəxt, bir o qədər də qürurlu görünürlər. Onlar verdikləri müsahibələrdə bundan sonra başı dik gəzəcəklərini bildiriblər. İşğal dövründə dövlətimizin onlara hər cür şərait yaratdığını vurğulayan vətəndaşların sözlərinə görə, doğma yurdun yerini heç nə vermir.
Qeyd edək ki, Laçın Qarabağla Zəngəzur arasında möhtəşəm bir körpü rolunu oynayır. Ermənistan 1992-ci il mayın 18-də ən mühüm strateji mövqedə yerləşən Laçın rayonunu işğal edərək yerli əhaliyə qarşı etnik təmizləmə həyata keçirib. Erməni işğalı nəticəsində 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Həmin vaxt rayonun əhalisi 79.1 min nəfər olub və respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı yalnız Azərbaycan iqtisadiyyatına deyil, mədəniyyətimizə, tarixi-mədəni irsimizə də ciddi ziyan vurub. Erməni işğalı nəticəsində 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Laçın rayonunun işğal altına düşməsi böyük faciə idi. Rayonun işğalı imkan verdi ki, artıq Ermənistan ilə keçmiş Dağlıq Qarabağ arasında yol bağlantısı olsun. 30 ildən artıq Ermənistan həmin yol vasitəsilə Xankəndi və ətraf ərazilərdə məskunlaşan separatçıları yemləyib, əllərinə silah-sursat verib.
2020-ci il 1 dekabr: Tarixi Zəfərimiz...
Nəhayət, 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edən ordumuz 2020-ci il noyabr ayının əvvəlində Laçın rayonunun bir çox yaşayış məntəqələrini şiddətli döyüşlər nəticəsində azad edərək Ermənistanla Xankəndini birləşdirən Laçın dəhlizinə nəzarəti ələ keçirdi. 2020-ci il noyabr ayının 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi. Ona görə Laçın rayonunun geri qaytarılması, əlbəttə ki, tarixi hadisə idi.
Laçın rayonunun ən böyük hissəsinin siyasi yollarla azad edildiyini vurğulayan Prezident İlham Əliyev 2020-ci il dekabrın 1-də xalqımıza müraciətində bildirmişdi ki, bu, bizim böyük tarixi Zəfərimizdir...
Xəbər lenti
Hamısına baxGündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59

