Mina terroru davam edir
03.04.2024 [10:45]
Son 3 ildə...
Yeganə BAYRAMOVA
Azərbaycan minalardan ən çox zərər çəkən ölkələrdən biridir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın vaxtı ilə basdırdığı minalar cinayət aləti kimi hələ də qalmaqda davam edir. Minaların mövcudluğu humanitar missiyaların həyata keçirilməsinə, məcburi köçkünlərin dədə-baba torpaqlarına geri qayıtmalarına maneə yaradan amillərin başında dayanır. İrəvanın mina terroru ilə beynəlxalq hüququ kobud surətdə pozması dünya birliyinin gözü qarşısında baş verir. Ancaq nüfuzlu beynəlxalıq təşkilatlar bu istiqamətdə ikili mövqeyindən əl çəkmir, Ermənistanın beynəlxalq hüquq normalarına hörmətsizliyinə laqeyd yanaşırlar.
Danılmaz faktdır ki, Ermənistan “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyasının tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiyanın müddəaları da Ermənistan tərəfindən açıq-aydın pozulur. Sözügedən konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürüb. Təəssüf ki, İrəvan bu öhdəliyə də əməl etmir.
Ötən ay 299 mina zərərsizləşdirilib
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən martda icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb. ANAMA-dan bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 299, tank əleyhinə 114 mina və 1254 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ötən ay ərzində 6094.6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Mina qurbanlarının sayı...
Ümumilikdə, son 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3345 nəfər təşkil edib. 2020-2023-cü illərdə isə ümumilikdə 340 nəfər mina qurbanı olub. Belə ki, 2020-ci ildə 77 nəfər, 2021-ci ildə 123 nəfər, 2022-ci ildə 82 nəfər, 2023-cü ildə isə 58 nəfər minaya düşüb.
Minatəmizlədə Azərbaycana dəstək olan ölkələr
İşğaldan azad edilmiş torpaqlarımızın minalardan təmizlənməsi sahədə Türkiyə ilə çoxtərəfli əməkdaşlıq həyata keçirilir. Türkiyə Azərbaycan üçün peşəkar heyətlərin hazırlanması ilə bərabər, özünün mina təmizləmə qruplarını, həm də öz avadanlıqları ilə bərabər Qarabağa göndərib. Digər tərəfdaşımız Pakistan da minaların təmizlənməsində köməyini təklif edib.
Beynəlxalq təşkilatlar və başqa xarici ölkələrin maliyyə dəstəyi ilə minaların təmizlənməsi üçün bir sıra layihələr baş tutub:
Birləşmiş Millətlər Təşkilatı (BMT)
2021-ci ildə BMT Vahid Təcili Yardım Fondundan (CERF) Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrinə 2 milyon ABŞ dolları ayırıb. Bu məbləğ səhiyyə, sığınacaq, dəstək ləvazimatı, psixoloji-sosial dəstəklə birlikdə həm də ərazilərin minalardan təmizlənməsinə xərclənib.
Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Azərbaycan öz ərazilərini minalardan təmizləyir, işğaldan azad edilmiş torpaqlarımızı təhlükəsiz, yararlı hala gətirir, soydaşlarımız doğma dədə-baba yurdlarına qayıdırlar. Bu işlərdə ərazilərin minalardan təmizlənməsində fəaliyyət göstərənlərin əməyi xüsusi qeyd edilməlidir.
Avropa İttifaqı (Aİ)
2023-cü ilin fevralın 7-də BMT ilə birlikdə Avropa İttifaqı minalardan təmizləmə layihəsinə başlayıblar. Belə ki, Aİ 20 kəndi əhatə edən “Məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarının artırılmasına dəstək” layihəsinə 4,25 milyon avro maliyyə vəsaiti ayırıb.
ABŞ-ın Marşal İrsi İnstitutunun ANAMA ilə 2021-ci ildə imzalanan razılaşması əsasında müxtəlif vaxtlar ərzində Azərbaycana 70-dən çox xilasedici minaaxtaran itlər hədiyyə edib.
Yaponiya
2022-ci ilin martında Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada və benefisiar təşkilat qismində çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev arasında “Tərtər Rayonunun Minadan Təmizlənməsi üçün Təchizatların Təmin Edilməsi” layihəsi üzrə qrant müqaviləsi imzalanıb. Yaponiya Səfirliyi layihəyə 88,224 ABŞ dolları yardım ayırıb.
Birləşmiş Krallıq
2021-ci ilin sentyabrında Birləşmiş Krallıq münaqişədən zərər çəkən ərazilərdə minaların təmizlənməsinə kömək etmək və ərazini təhlükəsizləşdirmək üçün yarım milyon funt sterlinq yardım ayırıb.
Ölkəmizin mina təhlükəsi ilə bağlı belə geniş təbliğatına baxmayaraq, ərazilərimizin minalardan təmizlənməsi üçün xərclənən vəsaitin çox böyük hissəsi Azərbaycana aiddir. Minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır.
Bütün bunlar onu göstərir ki, Ermənistan özünün terroçuluq niyyətindən əl çəkməsə də, Azərbaycan öz ərazilərini minalardan tamamilə təmizləyir, işğaldan azad edilmiş torpaqları təhlükəsiz, yararlı hala gətirir, soydaşlarımız doğma dədə-baba yurdlarına qayıdırlar.
Xəbər lenti
Hamısına baxDünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

