Paşinyanın “Yerevan dialoqu” yalanları...
28.05.2025 [10:59]
Azərbaycanın şərtləri sülhə maneə deyil, legitim addımlardır
Azərbaycan Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün fəal təşəbbüslərlə çıxış edir. Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra bunun üçün real zəmin mövcuddur. Əlbəttə, hazırkı şəraitdə Cənubi Qafqazın konfrantasiya yox, əməkdaşlıq məkanına çevrilməsində münbit şərait yaranıb. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan regionda yeni reallıqların müəllifidir. Məhz yeni reallıqlar da bölgədə sülh və əməkdaşlıq imkanlarını təşviq edir. İndiyədək bu imkanın olmaması Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlaması idi. Artıq Azərbaycan öz gücünə işğala son qoyub və Ermənistana da sülh sazişi imzalamağı təklif edib. Bu ilin mart ayında isə tərəflər sülh sazişinin mətninin tam razılaşdırıldığını elan ediblər.
Paşinyan sülh yox, qarşıdurma tərəfdarıdır
Xüsusi vurğulanmalıdır ki, bu razılaşma məhz Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar nəticəsində əldə edilib. Halbuki beynəlxalq aktorlar - Rusiya, Avropa İttifaqı və ABŞ da tərəflər arasında münasibətlərin normallaşdırılması üçün vasitəçilik edirdilər. Amma onların vasitəçiliyi nəticə vermədi, hər iki ölkə birbaşa danışıqlara üstünlük verərək müsbət nəticəyə nail oldular. Ötən ilin may ayında Azərbaycan və Ermənistan birbaşa danışıqlar sayəsində sərhədlərin delimitasiya və demarkasiyası məsələsində də razılığa gəldilər. Bu razılıq nəticəsində Azərbaycanın Qazax rayonunun işğal altında olan 4 kəndi dinc yolla geri qaytarıldı. Eləcə də iki ölkə arasında dövlət sərhəddinin 13 kilometrlik hissəsi rəsmi olaraq müəyyənləşib.
Təbii ki, bütün bunlar sülh sazişinin imzalanması üçün də yaxşı zəmin yaradır. Ermənistan Azərbaycanın haqlı olaraq irəli sürdüyü iki şərti (Ermənistan konstiutusiyasında dəyişikliklər və ATƏT-in Minsk qrupunun ləğvi) yerinə yetirdikdən sonra sülh sazişini imzalamaq üçün heç bir maneə qalmayacaq. Növbəti mərhələ isə Cənubi Qafqaz üçün yeni perspektivlər açacaq.
Lakin rəsmi İrəvan sülh tərəfdarı olduğunu bəyan etsə də, Azərbaycanın haqlı tələblərini yerinə yetirmək istəmir. Bugünlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın “Yerevan dialoqu” beynəlxalq konfransında səsləndirdiyi fikirlər də bunu bir daha təsdiqləyir. Əslində, Paşinyan əvvəlki fikirlərini təkrarlayıb. O, yenə də ATƏT-in Minsk qrupunun ləğvi haqda müraciətin sülh sazişinin imzalanması ilə eyni vaxtda reallaşmasıni təklif edib. Bu təklifi isə absurd arqumentlə əsaslandırmağa çalışıb. Paşinyanın iddiasına görə, Minsk qrupunun sülh sazişindən əvvəl ləğvi guya Azərbaycanın münaqişəni Ermənistan ərazisinə ixrac etməsinə səbəb ola bilər. Erməni baş nazir “Azərbaycan Ermənistanın suveren ərazisinin 60 faizini “Qərbi Azərbaycan” adlandırmağa başlayıb” deməklə öz iddialarına “haqq qazandırmaq” istəyib. Konstitusiya dəyişikliklərinə gəlincə, Paşinyan yenə də guya bu sənəddə Azərbaycana qarşı ərazi iddialarının olmadığını söyləyib.
XİN: Ermənistan manipulyasiya ilə məşğuldur
Rəsmi Bakının N.Paşinyanın iddialarına cavabı özünü çox gözlətməyib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Paşinyanın “İrəvan dialoqu” tədbiri zamanı təkrarladığı mövqe, Ermənistanın ərazi iddialarını aradan qaldırmaq üçün konstitusiyasında dəyişiklik etməyə və sülh prosesindəki mövcud problemlərin həllinə hazır olmadığını nümayiş etdirməklə yanaşı, bu ölkənin sülhə sadiqliyi ilə bağlı suallar doğurur. Onun sözlərinə görə, Minsk qrupunun rəsmi olaraq ləğvi barədə çağırışları heçə sayaraq, bunun sülh müqaviləsi ilə əlaqələndirilməsi, Ermənistanın regionun reallıqlarına artıq uyğun olmayan bu köhnəlmiş mexanizmi nə üçün bütün üsullarla saxlamağa çalışdığı ilə bağlı suallar yaradır.
A.Hacızadə qeyd edib ki, Minsk qrupunun fəaliyyət sahəsi olan münaqişə həll olunduğuna görə, Azərbaycan haqlı olaraq bu qrupun ləğvini tələb edib: “Bu addımın təxirə salınması Ermənistanın niyyətləri barədə şübhələri artırır. Azərbaycan və Ermənistan arasındakı münaqişə Azərbaycan ərazilərinin Ermənistanın 30 illik işğalından azad edilməsi ilə başa çatdığına baxmayaraq, Minsk qrupunun buraxılmasının “Azərbaycan-Ermənistan münaqişəsini Azərbaycan ərazisində bağlamaq və onu Ermənistanın suveren ərazisinə keçirmək” məqsədi daşıdığı iddiası tamamilə manipulyasiyadır. Ermənistan belə bir mövqe ilə münaqişənin bitmədiyinə və Minsk qrupunun saxlanılmalı olduğuna işarə edir”.
Qərbi Azərbaycan məsələsi insan hüquqları mövzusudur
XİN rəsmisi vurğulayıb ki, Paşinyanın Qərbi Azərbaycan barədə fikirləri faktların təhrif edilməsi və demək olar ki, Ermənistan əhalisinin əksəriyyətini təşkil etmiş azərbaycanlıların ayrılmaz hüquqlarının açıq şəkildə inkar edilməsidir: “Qərbi Azərbaycan İcmasına dair istinadlar ərazi iddiaları kimi qəbul edilməməlidir. Qərbi Azərbaycan məsələsi insan hüquqları mövzusudur və Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış azərbaycanlıların sülh, təhlükəsizlik və ləyaqətli şəkildə geri qayıtmasını təmin etmək məqsədi daşıyır”.
Kommunikasiya marşrutlarının açılması məsələsinə gəldikdə, A.Hacızadə deyib ki, Azərbaycanın maneəsiz tranzit barədə mövqeyi regional əməkdaşlıq və iqtisadi inteqrasiya ilə uyğundur və heç bir şəkildə Ermənistanın suverenliyinə hörmətsizlik kimi qiymətləndirilə bilməz: “Ermənistanın müqaviməti və mürəkkəb tranzit marşrutları təklif etməsi irəliləyişi ləngidir və regional əməkdaşlığın əhəmiyyəti haqqında bəyanatlara ziddir. Davamlı sülhə nail olmaq üçün Ermənistan öz konstitusiyasında ərazi iddialarını aradan qaldırmaqla müvafiq dəyişiklik etməli və Minsk qrupunun heç bir şərt olmadan buraxılmasını dəstəkləməlidir. Azərbaycanın şərtləri maneələr deyil, regional sülh və sabitliyi təmin etmək üçün legitim addımlardır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32

