Azərbaycan İƏT ailəsinin fəal üzvüdür
26.07.2025 [11:13]
Azərbaycan dövləti İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə geniş əlaqələrə malikdir. Beynəlxalq müstəvidə İslam həmrəyliyinə və sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfələr verən ölkəmiz bu nüfuzlu təşkilatın fəal üzvlərindən biridir. İƏT nüfuzlu beynəlxalq qurum olaraq ötən illər ərzində hər zaman Ermənistanın işğalçılıq siyasətini pisləyib, Azərbaycanın ədalətli mövqeyinə dəstək nümayiş etdirib. Bu qurum, həmçinin Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
Təqdirəlayiq haldır ki, 44 günlük Vətən müharibəsində də İƏT Azərbaycanın haqq işinə dəstək nümayiş etdirib. İƏT-in Baş Katibliyinin, İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Təmas Qrupunun üzvlərinin və İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) nümayəndə heyətləri bir neçə dəfə ölkəmizin işğaldan azad edilmiş ərazilərinə səfər ediblər. Onların Ermənistan tərəfindən İslam irsinə qarşı törədilmiş vəhşiliklərin bilavasitə şahidi olmasının da böyük əhəmiyyəti var. Çünki Ermənistanın İslama qarşı tutduğu düşmənçilik mövqeyi bütün müsəlman ölkələrinin ictimaiyyətinə çatdırılır.
İƏT Baş katibi Ümumdünya Şəhərsalma Forumuna dəvət olunub
Qeyd edək ki, ölkəmizdə keçirilən müvafiq beynəlxalq tədbirlərdə İƏT fəal təmsil olunur. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür və həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir. Son bir neçə il ərzində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirləri səviyyəsində bir sıra görüşlər keçirilib. Bundan başqa, İƏT Baş katibinin və təşkilatın məsul şəxslərinin intensiv olaraq ölkəmizə səfərləri Azərbaycanın müsəlman dünyasında nüfuzunun və mövqeyinin əyani göstəricisidir. Biz bu faktlara ölkəmizin 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini də əlavə edə bilərik. Yeri gəlmişkən, İƏT gələn il ölkəmizdə keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) dəvət olunub. Belə ki, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Şahin Abdullayev Prezident İlham Əliyevin dəvət məktubunu İƏT-in Baş katibi Hissein Brahim Tahaya təqdim edib. Baş katib dəvət məktubunu məmnuniyyətlə qəbul edib və 2026-cı ildə 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) kimi qlobal xarakterli tədbirə dəvət aldığı üçün Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.
İƏT mühüm beynəlxalq tribunadır
Onu da qeyd edək ki, Azərbaycan da İƏT çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak edir. Sonuncu belə bir mötəbər tədbir 21-22 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində baş tutub. Belə ki, həmin tarixdə İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası keçirilib. Toplantıda “Dəyişən Dünyada İslam Əməkdaşlıq Təşkilatı” mövzusu müzakirə olunub. Əvvəlki toplantılarla müqayisədə rekord sayda yüksəksəviyyəli iştirakın olduğu sessiyaya bu il 40-dan çox ölkənin XİN başçısı qatılıb. Toplantıda İƏT-ə üzv 57 ölkə ilə yanaşı, təşkilata bağlı qurumlar, müşahidəçi ölkələr və digər beynəlxalq təşkilatlardan təxminən 1000 nəfərlik heyət iştirak edib. Sessiyada İsrail ilə Fələstin arasında davam edən gərginlik, bu məsələnin iki dövlət prinsipi əsasında həll olunması istiqamətində atılacaq addımlar, İsrail-İran münaqişəsi, müsəlman cəmiyyətlərinə təsir edən çağırışlarda əməkdaşlığın gücləndirilməsi kimi məsələlər müzakirə edilib.
Azərbaycanı həmin tədbirdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edib. C.Bayramov sessiyada çıxışında İƏT coğrafiyasında artan geosiyasi gərginliklər fonunda meydana gələn siyasi, iqtisadi, humanitar, ətraf mühit və təhlükəsizlik çağırışları, onlarla mübarizədə əməkdaşlıq, habelə postmünaqişə dövründə regional vəziyyətdən bəhs edib. Azərbaycanın 2026-cı ildə təhvil alacağı İƏT sədrliyini İslam dünyasının həmrəyliyi və inkişafına töhfə vermək üçün ciddi tarixi fürsət olaraq dəyərləndirdiyi qeyd olunub.
Beynəlxalq təşkilatdan Qərbi azərbaycanlılara dəstək
Sessiyanın yekunlarına dair “İstanbul Bəyannaməsi”ində də Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpası məsələsi də vurğulanıb. Tədbirdə Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş 5 qətnamə qəbul edilib. İƏT çərçivəsində ilk dəfə olaraq “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamə qəbul edilib. Sənəddə İcma üzvlərinin öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyi ifadə olunub. Bundan başqa, Ermənistan tərəfəindən Qərbi azərbaycanlıların vətəndaşlıq hüquqlarının bərpa olunmasının inkar edilməsi sənəddə qınanılıb.
Bu sənədin qəbul edilməsi Qərbi azərbaycanlıların hüquqlarına dair məsələnin beynəlxalq səviyyədə, sənədlərdə öz əksini tapması rəsmi Bakının siyasi-diplomatik uğuru sayıla, təşkilata üzv dövlətlərin tarixi haqsızlığın aradan qalxması üçün başlanğıc addım saymaq olar. Bu kimi sənədlərin perspektivdə başqa beynəlxalq təşkilatlarda da qəbul edilməsi Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunması baxımından böyük əhəmiyyət kəsb edir.
Bütövlükdə, bu kimi faktlar Azərbaycanın İƏT çərçivəsində həyata keçirdiyi fəal siyasətin göstəricisidir. Azərbaycan hər zaman İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri dəstəkləyib, İslam ölkələri arasında daha güclü həmrəyliyin və əməkdaşlığın təmin edilməsi naminə səylər göstərib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57

