Trampdan Medvedevə XƏBƏRDARLIQ
01.08.2025 [12:17]
“O, çox təhlükəli ərazilərə girir”
ABŞ rezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Rusiyanın sabiq prezidenti Dmitri Medvedevin ünvanına kəskin ifadələr işlədib. Qeyd edək ki, Medvedevin Trampın Rusiyaya qarşı növbəti sanksiyalarla bağlı bəyanatına cavab olaraq ABŞ-ı hədələməsi Ağ Ev rəhbərini qəzəbləndirib. Tramp özünün “Truth Social” sosial şəbəkəsində qeyd edib ki, Rusiyanın dövlət rəsmisi öz ifadələrinə diqqət yetirməlidir: “Prezidentliyi baş tutmayan, hələ də özünü Rusiya prezidenti hesab edən Medvedevə deyin ki, sözlərinə diqqət etsin! O, çox təhlükəli ərazilərə girir”, - deyə Tramp vurğulayıb. Ağ Evin rəhbəri, həmçinin öz paylaşımında Rusiya və Hindistan üçün tariflər məsələsinə də toxunub - təbi ki, söhbət Rusiya neftini alan ölkələr, o cümlədən Hindistan üçün ikinci dərəcəli rüsumların artırılmasından gedir. “Qoy ölmüş iqtisadiyyatlarını birlikdə məhv etsinlər, mənim vecimə də deyil. Bizim Hindistanla çox az işbirliyimiz var, onların tarifləri çox yüksəkdir, dünyanın ən yüksək tarifləridir. Eynilə, Rusiya və ABŞ da bir-biri ilə demək olar ki, biznes işləri aparmır”, - deyə Tramp bildirib.
Xatırladaq ki, bu yaxınlarda Tramp Şotlandiyada Böyük Britaniyanın Baş naziri Kir Starmerlə baş tutan görüşdə Prezident Vladimir Putinə Ukrayna ilə sülh razılaşması əldə etmək üçün 50 günlük müddəti 10-12 günə endirdiyini bildirib. ABŞ rezidenti bu qərarında ciddi olduğunu bəyan edib. “Mən bu gündən etibarən təxminən 10 və ya 12 günlük yeni son tarix təyin edəcəyəm. Gözləməyə heç bir səbəb yoxdur. Mən xoşniyyətli olmaq istəyirəm, lakin biz heç bir irəliləyiş görmürük”,- deyə Tramp qeyd edib. Tramp Starmerlə görüşdə, həmçinin Rusiya və onun tərəfdaşlarına ikinci dərəcəli sanksiyalar tətbiq edəcəyini bir daha diqqətə çatdırıb. Trampın çağırışlarına baxmayaraq, Rusiya Ukraynada hərbi əməliyyatları davam etdirir. Rusiya Müdafiə Nazirliyinin son məlumatına görə, rus ordusu Ukraynanın Donetsk vilayətində yerləşən Çasov Yar şəhərini nəzarətə götürüb. Nazirliyin məlumatında bildirilir ki, “Cənub” qoşun qruplaşmasının Kramatorsk-Drujkovka istiqamətində apardığı hücum əməliyyatları nəticəsində şəhər tam ələ keçirilib.
Çox qəzəblidir
Məsələ ilə bağlı politoloq İlyas Hüseynov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Moskvanın Vaşinqtonun çağırışlarına məhəl qoymaması və Ukraynadakı davranışları ABŞ-ın səbir kasasını aşıb. “Prezidentliyinin ilk 100 günündə Tramp ABŞ-Rusiya münasibətlərinin normallaşması, Rusiyaya qarşı sanksiyaların yumşadılması, o cümlədən Rusiya ilə Ukrayna arasında müharibənin dayanması və atəşkəs sazişinin imzalanması istiqamətində bir çox addımlar atıb. Amma Ağ Ev rəhbərinin bu addımları heç bir müsbət nəticəyə gətirib çıxarmadı. Ona görə ki, Moskva maksimalist tələblərindən əl çəkmək istəmir, danışıqlar masasında irəli sürülən təklifləri qəbul etmir və Ukraynada daha çox əraziləri nəzarətə götürmək niyyətindədir. Bu da Trampı çox qəzəbləndirir. Tramp ilə Medvedev arasında polemika da xüsusi diqqət çəkir. Rusiyanın sabiq dövlət rəhbəri Dmitri Medvedev radikal və kəskin milli fikirləri və düşüncələri ilə tanınan bir dövlət xadimidir. O, Moskvanın öz hədəflərinə nail olana qədər Ukrayna ilə müharibənin davam etməsinin tərəfdarıdır. Medvedevin öz sosial şəbəkə hesabında ABŞ-ı hədələməsi bu şəxsin nə dərəcədə radikal siyasi mövqedən çıxış etdiyini göstərir. Təbii ki, Tramp da Medvedevin statusuna səssiz qala bilməzdi.” - deyə İlyas Hüseynov vurğulayıb.
Rusiya üzərində təzyiqlər artacaq
“Böyük ehtimalla, Tramp administrasiyası Rusiya ilə ticarət edən və Rusiyaya istənilən dəstəyi verən ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edəcək. Artıq Tramp Braziliya və Hindistan məhsullarına gömrük rüsumlarının yüksək faizlə artırılmasına dair fərman imzalayıb. Trampın əsas məqsədi budur ki, Braziliya və Hindistan, hətta digər ölkələr belə, Rusiya ilə ticarət əlaqələrini dayandırsınlar və Rusiyaya heç bir dəstək göstərməsinlər. Bununla paralel olaraq, Tramp Avropa ölkələrinin maliyyə vəsaitləri hesabına Ukraynanı daha effektiv hücum və müdafiə xarakterli silahlarla təmin etməyi planlaşdırır. Trampın bütün bu addımları onu deməyə əsas verir ki, o, həm hərbi, həm də iqtisadi yolla Rusiya üzərində təzyiqləri artıraraq Kremli Ukraynada müharibəni dayandırmağa vadar etmək niyyətindədir,” - deyə İ.Hüseynov bildirib.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

