Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Böyük Britaniya Səudiyyə Ərəbistanına husilərə qarşı mübarizədə yardım göstərə bilər

Böyük Britaniya Səudiyyə Ərəbistanına husilərə qarşı mübarizədə yardım göstərə bilər

22.09.2026 [16:40]

Böyük Britaniya Yəməndə husilərlə münaqişə fonunda Səudiyyə Ərəbistanına müdafiə xarakterli hərbi yardım göstərməyi nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, London, xüsusilə, Səudiyyə Ərəbistanına hərbi təyyarələr üçün havada yanacaq doldurulması sahəsində yardım göstərə bilər. Britaniya hökuməti məlumatı şərh etməyib.

Mənbələr bildiriblər ki, London husilərə qarşı mübarizənin regionda sabitliyin təmin olunmasına və Bab əl-Məndəb boğazında gəmiçilik üçün təhlükənin azalmasına kömək edəcəyini düşünür.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı daha əvvəl ABŞ-dən də yardım istəyib. Vaşinqton isə kəşfiyyat məlumatlarının paylaşılması ilə kifayətlənib. Eyni zamanda, ABŞ Dövlət Departamenti Konqresə Ər-Riyada 48 ədəd F-35 qırıcısının satılması planı barədə məlumat verib.

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30