Siyasi reanimasiya
08.09.2025 [19:04]
Zaman keçdikcə və müxtəlif hadisələr yaşandıqca daha çox anlayırsan ki, informasiya bolluğu və sosial şəbəkə “azğınlığı” tüğyan edən bir dövrdə siyasi maarifçiliyə zərurət heç zaman olmadığı qədər böyükdür. Ölkənin uğurları və artan beynəlxalq nüfuzu, habelə qütbləşmə ilə bağlı dünyada müşahidə olunan müxtəlif tendensiyalar fonunda daxili sabitlik və həmrəylik mühiti daim kimlərinsə hədəfində olacaqdır.
Hər bir vətəndaş şəxsi siyasi simpatiyalarının məzmunundan asılı olmayaraq bilməlidir ki, ölkənin daxili məsələlərinə xaricdən müdaxilə etmə cəhdləri ilk növbədə siyasi partiyalar vasitəsilə aparılır. Məhz qeyd olunan obyektiv həqiqət səbəbindən xarici qüvvələr, eləcə də siyasi alver ilə məşğul olmaq istəyənlər siyasi partiyalardan hər zaman alət kimi istifadə ediblər. “Demokratik” və populist şüarlar arxasında gizlənərək partiyalar vasitəsilə cəmiyyətin siyasi şüurunda sifarişli stereotiplər formalaşdırılır və qərəzli manipulyasiyalar aparılır. Etiraf etməliyik ki, bu cür tendensiyaların əlamətlərini Azərbaycanda da müşahidə etmək mümkün idi. Bu mənada, təqribən son 5-6 il ərzində siyasi partiyalar sahəsində aparılan davamlı islahatlara şahidlik etməyimiz heç də təsadüfi deyil. Bəzi siyasətbazların qeyr-adekvat davranışları ondan xəbər verir ki, sözügedən istiqamətdə aparılan islahatlar məhz siyasəti alver və manipulyasiya üçün istifadə etmək istəyənləri daha çox narahat edir. Əslində, bunu anlamaq çox rahatdır, axı sağlam mühitdə “mikrob” nə yaşaya, nədəki, ona verilən “vəzifə”ni icra edə bilməz.
Odur ki, bəzi siyasətbazlar ucuz qalmaqalı sadəcə “böyük” siyasətə buraxılış vərəqəsi kimi dəyərləndirirlər. Necə ki, səsi və istedadı olmayanlar ”böyük” səhnəyə yolu qalmaqal vasitəsilə açırlar və qalmaqal vasitəsilə öz “populyarlığını” qorumuş olurlar, eləcə də son 30 il ərzində cəmiyyətə heç bir faydası dəyməyən bəzi demaqoqlar yalnız qalmaqal vasitəsilə siyasətdə öz mövcudluğunu qorumağa müvəffəq olurlar.
Heç bir halda emosiyalara qapanmaq olmaz və heç zaman unutmaq olmaz ki, alverçi mahiyyətli siyasətçi üçün süni qalmaqal yalnız manipulyasiya alətidir. Əməllərinə şahidlik etmiş tarixin tozundan və iştirak etdikləri müxtəlif olayların qoxusundan qurtarmaq üçün bu cür siyasətçilər hər dəfə növbəti qalmaqallara yol açırlar. Odur ki, qalmaqal onlar üçün siyasi reanimasiya deməkdir. Xırda qalmaqal onların adlarını aktuallaşdırır və təkrar olaraq “böyük” siyasətə yol açır.
Standart siyasi qalmaqalın reseptinə diqqət yetirək: vəzifəli şəxsin adının çəkilməsi, demokratik münasibətlər ilə bağlı demaqoji fikirlərin səsləndirilməsi, insanları düşündürən konkret bir sosial problemin dilə gətirilməsi, müqayisələrin aparılması, emosional nitq və kəskin ritorika. Vəssalam, budur ucuz demaqoqun siyasi baqajı. Siyasi maarifləndirmə ona görə lazımdır ki, bu cür həqiqətləri ifşa etsin və vətəndaşları siyasi manipulyasiyaların torlarından qorusun.
Cəmiyyətə heç bir faydası dəyməyən və öz siyasi təfəkküründə keçmişdə ilişib qalmış bəzi siyasətçilərin müxalifətçilik fəaliyyəti bu düstur üzərində qurulub: qalmaqal bərabərdir siyasi mövcudluq. Siyasi şivənliklə məşğul olanların ard-arda verilən məsuliyyətsiz bəyanatlarının əsas hədəfi məhz qalmaqal xarakterli situasiyaların yaradılmasıdır. Burada “siyasi əxlaq” məfhumunun heç bir dəyəri yoxdur, cəmiyyətin onlara olan münasibətinin məzmunu belə onları maraqlandırmır. Elə buna görə də son zamanlar siyasətdə məsuliyyətsiz davranışa daha çox rastlaşırıq.
Öz populist demaqogiyalarında hər zaman “xalqa” müraciət edən ucuz siyasi şoumenlər əslində hər vəchlə milli həmrəyliyə qarşı çıxış edirlər. Bir daha vurğulayaq ki, onların siyasi fəaliyyəti rifaha yox, cəmiyyətdə şübhə və inamsızlıq toxumunun səpilməsinə xidmət edir. Bu cür siyasətçilərin şəxsi rifahları ilə bağlı bəzi təfərrüatları biləndən sonra onların siyasətdə qalmasının əsl səbəblərini bilmiş olursan və demaqogiyalarına daha çox nifrət etmiş olursan.
Yaşanan bəzi hadisələrə diqqət yetirən zaman görə bilirik ki, emosional qalmaqal naminə onlar hətta öz tərəfdaşlarını qurban verməyə belə hazırdırlar. Yaşadıqları “siyasi tükənmişlik” sindromu isə onların daha aqressiv olmasına və növbəti qalmaqallara əl atmalarına səbəb olur. Müxtəlif təşəbbüslər vasitəsilə təşviq olunan siyasi dialoq mühiti sayəsində siyasi reanimasiyadan çıxmış bəzi partiyalar cəmiyyət və dövlətçiliyimizin gələcəyi naminə sözügedən prosesdə fəal iştirak etməli və bu prosesə öz töhfələrini verməlidirlər. Vətənpərvər qüvvələrin yolu budur.
Asif Adil,
Politoloq
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

