MDB-də növbəti yarpaq tökümü
23.01.2026 [09:13]
Moldova çıxış proseduruna start verib
Sovet İttifaqının süqutundan sonra bir çox müttəfiq respublikaları özündə birləşdirən Müstəqil Dövlətlər Birliyinin (MDB) cəlbediciliyi azalır. Zaman-zaman bu və ya digər üzv dövlətin qurumun sıralarını tərk etməyə qərar verdiyi barədə xəbərlər yayılır.
Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinin əsası üç dövlət - Rusiya, Ukrayna və Belarus tərfindən 1991-ci il dekabrın 8-də qoyulub. Təşkilatın üzv dövlətlər arasında siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək, həmçinin SSRİ-nin “mədəni dağılmasını” təmin etmək, onun mülkiyyətinin keçmiş ittifaq respublikaları arasında bölüşdürmək məqsədilə yaradıldığı bildirilirdi. Sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Rusiya, Ukrayna və Belarus ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəliblər. Azərbaycan parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya edib və bununla da ölkəmiz MDB-nin tamhüquqlu üzvü olub. 1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında Rusiya ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxıb. Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir. Ukrayna 2014-cü ilin mart ayında Rusiya ordusunun Krıma daxil olmasından sonra MDB-nin sıralarını tərk edib.
MDB-də ən zəif bənd
Hazırda isə MDB-ni tərk etməyə “yeni namizəd” var - Moldova Respublikası. Kişineu qurumun sıralarını tərk etmək prosedurlarına rəsmi qaydada strat verib. Prezident Maya Sandu ölkəsinin MDB-dən çıxmasına israrlı mövqe sərgiləyir. Verilən məlumatlara görə, Moldova höküməti MDB-də üzvlüyünün əsasını təşkil edən üç baza sənədinin denonsasiyası təşəbbüsünə başlayıb. Bunlar MDB-nin Nizamnaməsi, MDB-nin yaradılması haqqında Saziş və bu sənədlərə aid əlavə hüquqi aktlardan ibarətdir.
Hazırda müvafiq prosedurlarla bağlı qanunverici orqanda müzakirələr aparılır. Parlamentin müvafiq sənədlərin ləğvini yaxın vaxtlarda təsdiqləyəcəyi gözlənilir. Bununla da Moldovanın MDB-nin üzvü statusu hüquqi qüvvəsini itirmiş olacaq. Prosesin cari il fevralın ortalarına qədər tamamlanacağı bildirilir. Xatırladaq ki, bundan əvvəl Moldova parlamenti MDB ilə bağlı ikinci dərəcəli bəzi sazişləri, o cümlədən viza rejimi, vergi əməkdaşlığı, inzibati prosedurlar və s. sənədləri ləğv edib. Bütövlükdə, indiyədək ləğv edilmiş sənədlərin sayı 60-dan çoxdur.
Avropaya inteqrasiya siyasətinin tərkib hissəsi
Ekspertlər Moldovanın MDB ilə yollarını ayırmağa qərar verməsini bu ölkənin Avropaya inteqraasiya siyasətinin tərkib hissəsi olduğunu bildirirlər. Prezident Maya Sandu və ölkənin digər yüksəksəviyyəli rəsmiləri Avropa İttifaqına (Aİ) üzvlüyün ölkənin strateji seçimi olduğunu bəyan ediblər. Kişineunun son vaxtlarda bu istiqamətdə fəaliyyətləri daha da intensivləşdirib. Ölkə 2022-ci ildən etibarən MDB-nin fəaliyyətində faktiki olaraq iştirak etmir, təşkilatın iclaslarına qatılmır, mexanizmlərindən istifadə etmir.
Eyni zamanda, Brüssel də Kişineunun istəyinə yaşıl işıq yandırır. Deyə bilərik ki, inteqrasiya yolunda artıq müəyyən yol keçilib. Belə ki, 2022-ci ildə bu ölkəyə Ukrayna ilə birlikdə Aİ üzvlüyünə namizəd statusu verilib. Ötən ilin sonlarında Avropa Komissiyası Aİ-yə üzv olmaq istəyən ölkələrdə bu istiqamətdə vəziyyətin qiymətləndirildiyi Genişlənmə üzrə illik hesabatı (Enlargement Package 2025) dərc edib. Sənəddə genişlənmənin Avropa İttifaqının əsas prioriteti olaraq qaldığı və yeni üzvlərin daxil olmasının getdikcə daha real perspektivə çevrildiyi qeyd olunub. Hesabatda Ukrayna və Moldovanın Avropa İttifaqına inteqrasiya yolunda inamlı irəliləyiş nümayiş etdirdiyi vurğulanıb.
Bundan başqa, Aİ-nin kasıb büdcəyə malik Moldovaya dəstəyi artırdığı müşahidə edilir. İndiyədək Avropa Komissiyası bu ölkədə müxtəlif layihələrin dəstəklənməsinə böyük həcmlərdə maliyyə yardımı ayırıb. O cümlədən Moldova da Aİ-nin rouminq zonasına daxil edilib. Avropa Komissiyasının müvafiq qərarına əsasən, 1 yanvar 2026-cı ildən etibarən Ukrayna və Moldova vətəndaşları əlavə xərclər olmadan öz milli operatorlarından 27 Aİ ölkəsində zənglər edə, SMS göndərə və mobil internetdən istifadə edə bilərlər. Oxşar şərtlər Avropa İttifaqı ölkələrindən olan abunəçilər üçün Ukrayna və Moldovada olarkən də tətbiq ediləcək. Eyni zamanda, Avropa İttifaqının digər ölkələrin operatorlarına məxsus nömrələr üçün rouminq şərtləri və tələbləri Moldova və Ukraynaya da şamil olunacaq.
Beləliklə, Moldova ilə Aİ-nin inteqrasiyası dərinləşir və bir növ geridönməz prosesə çevrilir. Əsas sual isə belədir: Bəs bu inteqrasiya hansı tərəf üçün hansı anlamı daşıyır? Moldovanın Aİ-də təmsilçiliyinin qurumun iqtissadi çəkisini artıracağını düşünmək sadəlövlük olardı. Çünki bu ölkə məhdud iqtisadi-maliyyə imkanlarına malikdir. Əksinə, Aİ-də təmsilçilik Moldova üçün iqtisadi dividentlər qazanmaq anlamına gəlir. Bu əməkdaşlıqdan Aİ-nin gözləntiləri isə sırf siyasi avantajlardır. Qurum genişlənmə siyasəti aparmaqla hədəf coğrafiyalarda möhkəmlənmək niyyəti güdür.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

