Sevincin İlham Əliyev kədəri
23.10.2021 [10:00]
Dünən metroda idim və ətrafımdakı hamı kimi yorğundum. Stansiyaların birində vaqona bir dəstə gənc doluşdu. Çiyinlərində üçrəngli bayraq, gözlərində işıq, dillərində “Qarabağ!” vardı. Bu söz, bu otuz il duz basılmış yaramız kimi bağrımızı qanadan söz indi birdən-birə bütün ağrıları unutdura bilən məlhəmə dönmüşdü. Və bu hal düz bir ildir ki davam edirdi... İş günündən sonra evinə dönən adamların üzündən yorğunluq da, nisgil də gənclərin çılğınlığı, azadəliyi qarşısında əriyib yoxa çıxmışdı. Yanımda oturan qadın sanki doğmasıymışam kimi qoluma toxunub gülümsədi: “Allah saxlasın bu cavanları, - dedi, - Qarabağı onlar aldı, onların yaşıdları aldı, mənim qardaşım da orada idi, şəhid oldu. İndi oğlum əsgərdir, elə bilirəm, bütün ölkənin cavan uşaqları mənim oğlumdur elə...” Gülümsədim mən də, “Allah saxlasın” dedim. Hamı gənclərə baxırdı, onlar isə dayanmadan “Qarabağ azaddır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” deyirdilər. Onlara qoşulan kim, telefonla çəkən kim, gülümsəyən kim... Artıq burada kimsə yorğun və nisgilli görünmürdü. Amma bircə kişi vardı, “Kral Şir” cizgi filmindəki Skarı xatırladan simasıyla qaşqabağını töküb deyinirdi: “Səsiniz batsın elə, səsiniz... Qarabağ qışqıran olublar mənçün”. Yaşlı kişiydi, yəqin ki, cavan vaxtları elə birinci Qarabağ müharibəsi dövrünə düşmüş olardı. Bəlkə də bu gənclər yaşda olmuşdu o vaxt, bəlkə bir az böyük... görəsən nə edirdi o vaxt? Həyatda amalı, gənclik şüarı nə idi, dostları, çevrəsi kimlər idi? Baxırdım ona və ikrah hissim ürəyimi bulandırırdı. Bədbəxt adam idi. Özü də bilmədən, hiss etmədən ürəyini, vicdanını öldürmüşdü. Sevinə bilmirdi adam kimi. Öz vətəninin uğuruna, otuz illik zəhlətökən müharibənin qələbəmizlə bitməsinə, gənclərimizin bayrağımızı qürurla çiyinlərində gəzdirib, sevinclə “Qarabağ azaddır!” bağırmasına sevinməkdən məhrum olmuşdu...
Kişi bir də deyinəndə yanındakı adamlar onu susdurdular, başını aşağı salıb qaşlarının altından hamıya hirslə baxmağa davam etdi və susdu.
Dünən “Osmanqızı TV”-“youtube” kanalında da eyni halı müşahidə etməli oldum. Bu, bir mistika idi, öncə metrodakı o xain Skara bənzəyən kişinin qələbəmizə sevinə bilməkdən məhrum siması, sonra da Sevinc Osmanqızının okeanın o tayındakı gülümsər üzü. O gülümsəməyinin arxasından boylanan kədəri, İlham Əliyevin işğaldan azad edilən torpaqlara tez-tez getməsindən, Mehriban Əliyeva ilə səmimi görüntülərindən, “Doya bilmirəm” mahnısı altındakı videogörüntülərdən narahat olması... ən yaxşı halda elə metrodakı o “Skarsifət”in narahatlığı kimi ürək bulandırırdı. O kişi bəlkə də Bakıda yaşayan ermənilərdən biri idi, bəlkə ağıldankəm, xəstə idi, heç nə qanmırdı. Amma Sevinc xanım qanır axı, çox gözəl anlayır ki, İlham Əliyevin işğaldan azad edilən torpaqlara hər gedişi məqsədyönlüdür və bu görüntülər heç də romantik çöl-çəmən gəzintisi deyil. Ölkə başçısı elə ən son səfərində də xüsusilə vurğuladı ki, bu onun dördüncü səfəridir. Axı biz hamımız, o cümlədən də Sevinc Osmanqızı, çox gözəl bilirik ki, Prezidentin çıxışlarında təsadüfi heç bir kəlmə, hətta vergül, nöqtə olmur. Hər sözün, hər durğu işarəsinin mütləq məqsədi, hədəfi olur. Bəzilərini dərhal görürük, bəzilərini görməyə illər lazım olur. Bəli, İlham Əliyev işğaldan azad edilən torpaqlara tez-tez gedir, hamımızın əvəzinə gedir, hər birimizin əvəzinə də addımlayır oralarda. Bu müharibədə həyatını qurban verənlərimizin də, bu müharibədən salamat çıxıb qalanlarımızın da hətta. Və biz xalq olaraq buna sevinirik. Sevinirik və bu sevinc bizə güc verir, inam aşılayır. Bu sevincimizdən kədərlənənlər çox gözəl bilirlər ki, Prezidentin ilk səfəri Mincivan stansiyasından keçmişdi. Elə Zəngəzur yolunun açılacağı ilə bağlı bəyanatını da ölkə başçısı məhz həmin yerdə vermişdi. Zəngəzur isə Azərbaycanın, Türkiyənin və ümumiyyətlə, bütün regionun həyatında mühüm rol oynayır. Bunu bilmirsinizmi, Sevinc xanım? Çox üzgünük, sizə və yaxınlarınıza dərin hüznlə səbr arzulayırıq, çünki hələ belə kədərləriniz çox olacaq. Axır qəminiz olmasın!
Cavi Dan
Xəbər lenti
Hamısına baxMEDİA
06 Avqust 09:05
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25

