Azərbaycan müzakirə etməyəcək
10.12.2022 [10:21]
2020-ci il Vətən müharibəsində qazanılan Zəfər Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Həmin ilin noyabrın 10-da imzalanan üçtərəfli bəyanat isə Qarabağ münaqişəsini tarixə qovuşdurdu.
Bəyanata əsasən, Ermənistan özünün silahlı qüvvələrini Azərbaycan torpaqlarından çıxarmaq öhdəliyi götürüb. Təəssüf ki, münaqişənin bitməsindən iki ildən artıq vaxt keçməsinə baxmayaraq rəsmi İrəvan hələ də bu öhdəliyi yerinə yetirmir. Bunun səbəbləri isə məlumdur. Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazisində yaratdığı qondarma rejimin “ömrünü uzatmağa” çalışır. Hətta son dövrlərdə iki ölkə arasında gedən sülh danışıqları prosesində Ermənistan yeni manipulyasiyalara əl atır. Rəsmi İrəvan qondarma qurumun “tərəf” kimi Azərbaycanla danışıqlar aparması istiqamətində səylər göstərir. Onların məqsədi ermənilərin Azərbaycanın daxilində hansısa statusla yaşamasıdır ki, bu məsələdə Azərbaycanın mövqeyi qətidir. Noyabrın 17-də Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də bildirdi ki, onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər: “Bu olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik”.
Ermənistan yeni manipulyasiyaya əl atmaq istəyir
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtonda Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması barədə guya razılıq əldə olunduğuna dair bəyanatla çıxış etməsinə münasibət bildirərkən deyib ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunması yalandır. O, Ermənistan Təhlükəsizlik Şurasının katibi tərəfindən aparılmış müzakirələrin mahiyyətinin birtərəfli qaydada təhrif olunduğunu təəssüflə qeyd edib: “Oktyabrın 13-də Azərbaycan mediasına verdiyim müsahibədə Vaşinqtonda keçirilmiş müzakirələrin məzmunu və mahiyyəti barədə ətraflı məlumat verilib. Bir daha qeyd etmək istərdim ki, guya Vaşinqtonda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunmasına dair açıqlamalar yalandır. Danışıqlarda hər hansı məsələnin qaldırılması həmin məsələyə dair razılığın əldə olunduğu demək deyil. Sentyabrın 27-də Vaşinqton şəhərində, Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan tərəfindən təşkil olunmuş görüşdə tərəfimizdən bir daha bildirildi ki, Azərbaycan Qarabağda yaşayan erməni əhalisinin hüquq və təhlükəsizliyi məsələsini heç bir beynəlxalq tərəfdaşla müzakirə etməyəcək, bu, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında ölkəmizin daxili işidir, milli suverenlik məsələsidir və hər hansı beynəlxalq mexanizmin yaradılmasından söhbət belə gedə bilməz”.
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Bu, ölkəmizin dəyişilməz mövqeyidir. Həmin vətəndaşlarla bağlı qərarı isə Azərbaycan verəcək. Prezident İlham Əliyev Praqa görüşündən sonra da bildirmişdi ki, Qarabağda erməni əhalinin həyatının necə qurulacağı, ayrı məsələdir: “Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər. Buna görə də sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Əminəm ki, buna tez nail olmaq mümkündür”.
Bəli, Azərbaycanın qəti mövqeyi bundan ibarətdir ki, artıq Qarabağ münaqişəsi bitib və Qarabağda yaşayan erməni vətəndaşları ilə bağlı məsələ bizim daxili işimizdir. Bu məsələ isə nə Ermənistan və nə də digər dövlət və təşkilatla müzakirə edilməyəcək.
Ermənistan qəsdən sülh müqaviləsi üzrə danışıqları pozmaq istəyir
Azərbaycanın sülhlə bağlı irəli sürdüyü beş şərtdən biri və ən əsası iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıması şərtidir. 2020-ci ilin 10 noyabrında bağlanan üçtərəfli bəyanatın müddəalarında da qeyd edildiyi kimi, Ermənistan öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır. Bu şərt eyni zamanda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını da özündə əhəmiyyətli dərəcədə əks etdirir. Qeyd edilməlidir ki, Ermənistan bu ilin oktyabrında keçirilən Praqa görüşündə ilk dəfə olaraq rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyıb. Bu isə onu göstərir ki, Ermənistan həm də Azərbaycanın Qarabağ üzərindəki suverenliyini tanıyır. Nəticə etibarı ilə, Ermənistanın Azərbaycan ərazisində yaşayan ermənilərlə bağlı hansısa predmeti danışıqlar masasına yönəltməsi yalnız siyasi manipulyasiya cəhdi kimi qiymətləndirilə bilər.
Bu məsələyə də toxunan Hikmət Hacıyev bildirib ki, Praqa və Soçidə qəbul edilmiş bəyanatlara zidd olaraq, Ermənistan rəsmilərinin Azərbaycanın suveren əraziləri barəsində bu kimi açıqlamalarla çıxış etməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsd kimi qiymətləndirilir: “Bu və son vaxtlar Ermənistan rəsmiləri tərəfindən səsləndirilən digər ziddiyyətli açıqlamalar və irəli sürülən lazımsız yeni elementlər Ermənistan tərəfinin qəsdən sülh müqaviləsi üzrə danışıqları pozmaq və yalnız danışıqlar imitasiyası yaratmaq niyyətini göstərir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18

