"Vaqner" qayıdır…
12.08.2023 [14:17]
Silahlı birləşməyə Belarus da yiyə durmadı
Son dövrlərdə diqqət mərkəzində olan "Vaqner" silahlı birləşməsinin başı yenə qalmaqaldadır. Bir müddət öncə qaldırdığı silahlı üsyan səbəbilə Belarusa "sürgün" edilmiş “Vaqner”yenidən Rusiyaya qayıda bilər. Silahlı qruplaşmanın Belarusa göndərilməsinin ardından başlanan proses isə yarımçıq qalır – Şərqi Avropa ölkələri "Vaqner"in Belarusa köçünü siyasi məqsədlərdən qaynaqlandığını düşünürdü. Amma son baş verənlər göstərir ki, bu heç də belə deyilmiş.
Belə ki, yayılan məlumatlara əsasən “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin Belarusu tərk edərək Rusiyaya qayıdacağı güman olunur. Qeyd edək ki, hazırda “Vaqner” döyüşçüləri Belarusdan geri çəkilmənin birinci mərhələsini həyata keçirirlər. İkinci mərhələnin isə avqustun 13-dən sonra başlanması nəzərdə tutulub.
Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri isə vaqnerçilərin Rusiyaya qayıtması ilə bağlı məlumatların Rusiya Prezidenti Vladimir Putinlə “Vaqner” RMC-nin rəhbəri Yevgeni Priqojin arasında razılaşmaların pozulacağının xəbərçisi olduğunu bildiriblər.
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın muzdluları saxlamaq üçün pul ödəməyəcəyini anlayanda "Vaqner RMC"ni maliyyələşdirməkdən imtina edib.
Yeni hesabatda deyilir ki, Putin "Vagner RMC"ni döyüş bölməsi kimi saxlamaqda maraqlıdır, lakin Priqojini təhlükə olaraq görməkdə davam edir. Bəs Lukaşenkonun “Vaqneri” maliyyə etməkdən imtina etməsinin əsl səbəbi nədir? Məsələdə dostluq yoxsa biznes əlaqələri hökm sürür?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, bu gün bir çox qüvvələr “Vaqner”dən təzyiq və təsir vasitəsi kimi istifadə etməyə çalışırlar. Vaqnerçilərin başlatdığı qiyam isə ssenari idi – bu, Rusiyanın mərkəzdən qaçma meyillərinin qarşısını almağa yönəlmiş plan da adlana bilərdi: “Rusiya bunu qəsdən də etmiş ola bilər. Priqojinin timsalında “Vaqner”in qiyamını təşkil edərək, ordu daxilindəki zəif çatları üzə çıxarmaq mümkün idi. Eyni zamanda Lukaşenkonun “Vaqner”dən imtina etmək və ya onu qəbul etmək kimi bir səlahiyyəti yoxdur. Nəzərə almaq lazımdır ki, “Vaqner”in Belarusda peyda olmağının arxasında da dərin səbəblər dayanıb. Bu Rusiya ilə Belarus arasında gedən danışıqların nəticəsində ortaya çıxmış hadisədir və burada müəyyən məqsədlər özünü göstərir”. İlk növbədə burada Şərqi Avropa planlarına diqqət yetirmək lazımdır".
Politoloq Belarusun “Vaqner” qrupunun ərazisinə daxil olmağına şərait yaratmasının bir çox səbəblərdən qynaqlandığını düşünür. Onun sözlərinə görə, bu, yalnız Rusiya ilə aparılan danışıqlara əsaslanmırdı, həm də Belarus ilə həmsərhəd olan bəzi xarici dövlətləri çəkindirmək xarakteri də daşıya bilərdi: “Rusiya isə öz növbəsində Priqojini itirmək istəmir, çünki Afrikada “Vaqnerə” hələ də ehtiyac var. Düzdür, Rusiya müdafiə nazirliyinin Şoyqu və Gerasimovun timsalında rəhbərliyinin, eləcə də bir çox generalların “Vaqner”dən narazı olması hər kəsə bəllidir. Bu baxımdan, Vaqnerin dönüşü siyasi-hərbi elitada yeni gərginliklər başlada bilər. Beləliklə də, Rusiyada vəziyyət gərginləşər. Hesab edirəm ki, Lukaşenkonun “Vaqner”dən imtinası bu məsələdə xüsusi əhəmiyyətli rol oynamır - “Vaqner”in Rusiyadan uzaqlaşdırılması, Belarusa yerləşdirilməsi xüsusi narazılıqların, ən əsası ordudakı etirazların qarşısını almaq üçün vacib şərtə çevrilmişdi".
GÜLAY
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25

