ABŞ-dan nüvə təhdidi ilə bağlı strateji addım
30.09.2023 [11:32]
Planetin təhlükəsizliyini düşünməliyik
Günel ABBAS
Müasir dövrdə demək olar ki, qlobal oyunçu sayılan ölkələrin əksərinin hərbi arsenalını “nüvə başlığı”, başqa sözlə kütləvi qırğın silahları “bəzəyir”. bunu təhlükəsizlik amili ilə əlaqələndirməyə çalışsalar da, “nüvə ehtiyatı”nın əsas səbəbləri hər kəsə məlumdur. Dünyadakı güc balansındakı yerini qorumaq üçün bu kimi təhdidlərdən üstünlük kimi istifadə olunur. Ümumiyyətlə, nüvə silahları, kimyəvi silahlar və bioloji silahlar kimi ən dəhşətli kütləvi qırğın silahları hədə, təhdid, bəzən müdafiə rıçağı kimi “istifadə olunur. Bu isə nəticə etibarı ilə qlobal həyəcan formalaşdırır.
Hətta Ermənistan belə zaman-zaman köhnə, istismara yararsız texnologiyalarla çalışan Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti ilə manipulyasiya edir ki, bu yolverilməzdir. Bəllidir ki, həmin stansiyanın fəaliyyəti, hətta varlığı region üçün ciddi təhlükı yaradır. Fiziki və texnoloji cəhətdən qocalmış AES-in fəaliyyətinin qeyri-şəffaf şəkildə həyata keçirildiyini nəzərə alsaq, Cənubi Qafqazı gözləyən təhlükənin miqyasını təsəvvür etmək çətin olmaz.
Yeri gəlmişkən, ABŞ Müdafiə Nazirliyi kütləvi qırğın silahlarına qarşı mübarizə strategiyasını açıqlayıb. Məlumata görə, kütləvi qırğın silahlarına qarşı mübarizə strategiyasının hazırlanması bir sıra böyük ölkələrin bu sahədə artan imkanları ilə bağlıdır.
Politoloq İlyas Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, uzun müddətdir, nüvə təhdidi elementləri Rusiya-Ukrayna müharibəsi fonunda səslənirdi: “Dmitri Medvedevin də son açıqlamaları göstərir ki, bu barədə düşünmək, planetin təhlükəsizliyinin qayğısına qalmaq önəmlidir. Bu xüsusda Pentaqon kütləvi qırğın silahlarına qarşı mübarizə strategiyasını hazırlayır. Fikrimcə, artıq bu strategiyanın hazırlanması da həyəcan təbilindən xəbər verir. Xüsusilə vurğulamaq lazımdır ki, böyük dövlətlərin çətin məqamlarda məhz nüvə titorikasına üz tutduğunun şahidi oluruq. Hətta bəzi ölkələrin tez-tez sınaq adı altında ballistik “təcrübələr” aparması da bu sıraya daxildir. ABŞ məhz bu kimi amilləri nəzərə alaraq öz təhlükəsizlik strategiyasını yenidən qurur, qabaqlayıcı elementlər əlavə olunur. Əsas məqsəd təhlükəsizlik arxitekturasının qorunmasıdır”.
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50

